image-qanunla-reklam
image-asdp-loqo-750x430

Azərbaycan Sosial Demokrat Partiyasının BƏYANATI

image-lady-day-az

27 sentyabrda 44 gün davam edən və ölkəmizin, xalqımızın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsinin başlanğıcından bir il ötəcək.

Müharibənin başlamasından əvvəl baş verən hadisələrə nəzər salaq. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan danışıqlar prosesini tam pozdu və ölkəmizə qarşı müntəzəm təxribatlar törətməyə başladı. Belə ki, 2020-ci ilin iyul ayında Tovuz istiqamətindəki təxribat, avqust ayında terror aktları törətmək məqsədi ilə göndərilmiş diversiya qrupu, daha sonra separatçıların “parlamentinin” Şuşa şəhərinə keçirilmə xəbəri və nəhayət Paşinyanın Qarabağ Ermənistandır bəyanatı. Və son olaraq 27 sentyabrda müxtəlif istiqamətlərdən yaşayış məntəqələrimizi ağır artilleriya ilə atəşə tutması nəticəsində müzəffər ordumuz əks hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğal edilmiş torpağlarımızı azad etdik. Xalqımız cənab Prezidentin ətrafında birləşdi, birlik, ruh yüksəkliyi və vətənpərvərlik nümayiş etdirdi.

Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradılıb. Fürsətdən istifadə edərək, Sosialist İnternasionalı ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırırıq.

İşğal dövründə mənfur düşmən şəhərlərimizi, kəndlərimizi yerlə yeksan etmiş, barbarcasına tarixi mədəni dini abidələri məhv etmiş, təbii resursları talan etmişdir.

Azad olunmuş ərazilərə xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlərin səfərləri təşkil edilib və onlar Ermənistan tərəfindən törədilən vəhşiliyin şahidi olmuşlar. Şəhər və kəndlərin, o cümlədən Azərbaycan xalqına məxsus mədəni və dini irsin tamamilə dağıdılması beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb. Ölkəmizin qarşısında yeni çağırışlar dayanır, müharibə sonrakı bərpa etmə dövrü başlayıb, uğurla və sürətli şəkildə davam edir. Azərbaycan müasir şəhərsalma üsulları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. Azərbaycan bütün bu işləri öz maddi imkanları hesabına görür və təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Azad olunmuş bütün ərazilər artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin ediləcək. Bütün istiqamətlərdə yollar çəkilir. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməli qoyulub.

Azərbaycan reqionun aparıcı ölkəsinə çevrilib, reqionda yeni geosiyasi reallıq yaradıb. Artıq sülhün bərqərar olunmasını təmin etmək üçün Ermənistan sülh müqaviləsini imzalamalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Nəqliyyat yolları xüsusi olaraq Zəngəzur dəhlizi açılmalıdır. Ermənistan əməkdaşlıqa başlamalıdır. Ermənistanı böhrandan çıxaracaq yeqanə yol qonşu ölkələrlə normal münasibətlər və əməkdaşlıq qurmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki