image-qanunla-reklam
image-1639493521_0e758f2b-921d-3f88-93c8-74bef3e526e4_850

AZƏRBAYCAN SÜLHƏ VƏ SABİTLİYƏ SADİQ,NÖVBƏTİ ADDIMLARI PROQNOZLAŞDIRAN ÖLKƏDİR

image-lady-day-az

AZƏRBAYCAN SÜLHƏ VƏ SABİTLİYƏ SADİQ,NÖVBƏTİ ADDIMLARI PROQNOZLAŞDIRAN ÖLKƏDİR

Azərbaycan sülhə və sabitliyə sadiq, növbəti addımları proqnozlaşdıran ölkədir. Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır.
ATƏT-in Minsk qrupu yeni geosiyasi reallığa uyğun təklifləri hazırlamalıdır. Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu öz töhfəsini verə bilər.
Azərbaycanın mülki vətəndaşları minalardan əziyyət çəkir və bu günə qədər 200-ə yaxın insan mina partlaması nəticəsində həlak olub və ya yaralanıb. Bu xüsusda Avropa İttifaqıvə üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsi vacibdir.
Zəngəzur dəhlizi ilə bağlı kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Bu səbəbdən bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Bütün çətinliklərə rəğmən Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu, həmçinin magistral yol inşasına dair razılıq əldə edilmişdir. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur.
Üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda Azərbaycan Laçın dəhlizində eynisində israr edəcək.
Zəngəzur dəhlizi təkcə Naxçıvan Muxtar Respublikasına çıxış əldə etmək deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Ermənistan həm də Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir.
Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi səmərəli və praqmatik keçir.
İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi bir daha gündəliyə gətirilmişdir. Aİ tərəfindən bu istiqamətdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin olunmalıdır. Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılması və Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Aİ predmetli danışıqların tərəfdarıdır. Aİ minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə öz dəstəyini ifadə edir. Sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində də Aİ tərəfindən məşvərətçi statusda dəstək göstərilə bilər. Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir və yeni birgə iqtisadi əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması və inkişaf etdirilməsinin tərəfdarıdır. Aİ iqtisadi və investisiya resursları vasitəsilə icra olunacaq layihələri dəstəkləyəcəkdir. Eyni zamanda sözügedən qurum dəmir yolu xəttinin çəkilməsi, gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunmasının tərəfdarıdır.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

AZƏRBAYCANIN MİLLİ MARAQLARINA XİDMƏT EDƏN RAZILIQLARIN ƏLDƏ OLUNMASI İLƏ YEKUNLAŞMIŞ ÜÇTƏRƏFLİ GÖRÜŞ

Azərbaycan prezidenti Cənab İlham Əliyevin “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Brüsselə səfəri çox uğurla həyat keçirildi. Əlbəttə ki, Brüssel görüşünü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar.
Azərbaycan Prezidenti görüşdə bir daha onu göstərdi ki, biz haqlı və ədalətli tərəfdəyik:  Brüssel səfərində  Prezident Cənab İlham Əliyev bir daha milli maraqlara söykənən qətiyyətlilik, prinsipallıq mövqe nümayiş etdirdi. Biz görürük ki, artıq Zəngəzur dəhlizinin açılması bütün dünya tərəfindən qəbul olunur. Görüşdə vacib olan məqamlardan biri də Zəngəzur və Laçın dəhlizində gömrük postlarının qurulması ilə bağlı idi. Təbii ki, burada da İlham Əliyev qətiyyətlilik nümayiş etdirərək, diqqətə çatdırdı ki, əgər Zəngəzur dəhlizində  gömrük postları olacaqsa, o cümlədən Laçın dəhlizində də bu, tətbiq olunacaq. Bu gün Azərbaycan Laçın dəhlizində gömrük postunu qurmayıb. Amma Ermənistan tərəfi bunu israr edərsə, o zaman Azərbaycan tərəfi də Laçın dəhlizində gömrük postunu quracaq. Bu bir daha Azərbaycan prezidentinin, qalib xalqın, qalib ordunun Müzəffər Ali Baş komandanın prinsipal, qətiyyətli mövqeyidir. Bununla da, bir daha cənab Prezident göstərdi ki, Azərbaycanın yürütdüyü siyasət Azərbaycan xalqının milli maraqlarına söykənir.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

NATO ilə əməkdaşlıq

Ölkə ərazisinin və onun vətəndaşlarının tam müdafiəsi Azərbaycan Respublikası Konstitusiyasının əsas tələblərindəndir.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də respublikamızın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir.
Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də “Sülh naminə tərəfdaşlıq” proqramının – çərçivə sənədinin imzalanması ilə qoyulub. Əməkdaşlığın əsas istiqamətlərinə daxildir: silahlı qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə planlaşdırması və müdafiə büdcəsinin formalaşdırılması, NATO-nun norma və standartlarından istifadə etməklə silahlı qüvvələrin bütün strukturlarının yenidən qurulması
Ölkəmiz Silahlı Qüvvələrinin NATO ölkələri ilə birgə sülhməramlı əməliyyatların keçirilməsinə, qarşılıqlı əlaqə zamanı əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. 1999-cu ildən etibarən Azərbaycanın hərbi kontingenti NATO-nun Kosovada, 2002-ci ildən isə Əfqanıstanda sülhməramlı əməliyyatların keçirilməsinə dəstək verib. Azərbaycanın NATO ilə yeddi birgə təlimi olub. Bu, əslində, sülh və stabilliyə bir töhfədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasını qiymətləndirərək qeyd edir: “Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladıq və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbiçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri arasında idi. Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nin hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırki və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir”. Hər hansı müharibə riskinin minimuma endirilməsində Azərbaycan qətiyyətlidir. Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır və əməkdaşlıq getdikcə daha da möhkəmlənəcəkdir.

Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru

 

Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir.

Vətən müharibəsində qazanılan Zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda abadlıq quruculuq işləri dayanmadan aparılır. Yerlə yeksan edilmiş, düşmən tapdağı altında qalan hər bir qarış gözlərimizin önündə bərpa edilir. Qarabağın iqtisadiyyatımızda, onun bütün sahələrində ən önəmli yerlərdən birini tutacağı yaxın gələcəkdə reallığa çevriləcəkdir.
Digər vacib məqamlardan biridə Zəngəzurun artıq müzakirə olunan və gələcəkdə Zəngəzur dəhlizinə çıxış imkanlarıdır. Məlum olduğu kimi, Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Bu da həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də sözü gedən dəhliz vasitəsilə Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək. Bu nəqliyyat və logistik imkanlar baxımından vacibdir.
Dəhlizin açılması uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 100 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura qayıdışını təmin edəcək. Bu isə Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini

 

 

Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqilliyin ilk illərində   Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.
XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da  dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur.
Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında  Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.
Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb.
Külək, günəş, bio-yanacaq kimi bərpa olunan enerji mənbələri qlobal enerji təhlükəsizliyinin təminatı və qlobal istiləşmənin qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdirlər. Xüsusən də, XX əsrin 70-ci illərindəki yanacaq böhranı dünya ölkələrini bərpa olunan enerji mənbələri üzərində fikirləşməyi məcbur etdi. Aİ-nin bərpa olunan enerji mənbələri üzrə 2008-ci ilin dekabrında qəbul edilmiş direktivində hər bir ölkənin bu enerjidən istifadə payını artırması və ümumilikdə birlik daxilində bu həcmin 2020-ci ilədək 8.5%-dən 20%-dək artırılması tələb edilir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir

Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.
Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti,  UNESCO və  ISESCO-nun xoşməramlı səfiri  Mehriban Əliyeva Avropa parlamentinin Parisdəki ofisində  “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş “ mövzusunda  beynəlxalq konfransda çıxışında bildirmişdir:  Azərbaycan hələ 150 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərinin iştirakı ilə baş tutdu. İkinci Dünya müharibəsində Azərbaycan Sovet İttifaqının neft təchizatının ümumi həcminin 70 faizdən çoxunu təkbaşına təmin edirdi və bu, faşizm üzərində Qələbəyə böyük töhfə oldu.
İyirminci əsrin axırlarında müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan elə bir investisiya mühiti yaratdı ki, dünyanın bir çox aparıcı enerji şirkətləri neft və qaz sektorumuza sərmayə qoymağa başladılar.
1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.
Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik.
Digər tarixi nailiyyət qazımızın ixracı üçün dəhliz açmış Cənubi Qafqaz qaz boru kəmərinin tikintisi oldu.
Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksək səviyyədə inkişaf edir

Azərbaycan–Aİ əməkdaşlığının dinamik inkişafı, sözügedən yöndə əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir: “Respublikamız ilə Aİ arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmizin Aİ-yə üzv dövlətləri təbii qazla da təchiz edəcəyi nəzərdə tutulub. Azərbaycanda Aİ ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb”.
Bu nüfuzlu təşkilatın region dövlətləri arasında Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki strateji tərəfdaşlığa dair imzalanan sənədlər əsasında müəyyən əhəmiyyət daşıyan layihələrin uğurla reallaşdırılması respublikamızın etibarlı tərəfdaş olduğunu təsdiqləyib. Bunu Azərbaycan ilə Aİ-nin iqtisadi fəaliyyətini əks etdirən statistik rəqəmlərdən də aydın görə bilərik. Belə ki, hazırda sözügedən təşkilata üzv ölkələrin 1700-dən çox şirkəti respublikamızda səmərəli fəaliyyət göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizi bu qurumun payına düşür və ötən il bu göstərici 9,5 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın Aİ-yə üzv dövlətlərə ixrac əməliyyatlarının həcmi isə 6,8 milyard ABŞ dolları səviyyəsinə çatıb.
Qlobal güc mərkəzi olan Aİ hazırda Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu quruma üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Məhz bunun nəticəsidir ki, ölkəmizin ticarət dövriyyəsinin yarıdan çoxu Aİ-nin payına düşür.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

“Azərbaycan Prezidenti Brüsseldə də danışıqlar masasından qalib ayrıldı”

Ötən il 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər əldə edən Azərbaycan torpaqlarının işğalına son qoymaqla yanaşı yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda atılacaq addımlar isə Cənubi Qafqaza əbədi sülh və tərəqqi vəd edir. Təbii ki, reallıqlardan irəli gələrək Azərbaycan-Türkiyə cütlüyünün təklif etdiyi əməkdaşlıq platforması öz növbəsində prosesə qoşulacaq xarici ölkələrə və beynəlxalq təşkilatlara da dividentlər vəd edir.
Bir neçə gün öncəyə kimi Avropanın sanki bu reallıqla barışmaq istəmədiyi müşahidə edilirdi: “Elə Ermənistanı yeni təxribatlara sövq edən də bəzi Avropa dövlətlərinin sərgilədiyi mövqe idi. Bütün bunların fonunda Ermənistan Brüsseldə keçiriləcək görüşdən Azərbaycan təzyiq kimi istifadə ediləcəyinə ümid edirdi. Lakin bədxah qonşularımız yanıldılar. Daha dəqiq desək, savaşda düşməni məğlub edən Azərbaycan Prezidenti Soçidə olduğu kimi, Brüsseldə də danışıqlar masasından qalib olaraq ayrıldı”.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan görüş Azərbaycanın növbəti uğuru olmaqla yanaşı, Ermənistan üçün də diplomatik cəbhədə növbəti ölümcül zərbə rolunu oynadı: “Məsələni ümumiləşdirsək deyə bilərik ki, Aİ-nin təşəbbüsü ilə aparılan danışıqlar praktiki əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirəsi səmərəli və praqmatik keçib. Bu görüşün tarixə Azərbaycanın milli maraqlarına xidmət edən razılıqların əldə olunması ilə yekunlaşmış üçtərəfli görüş kimi düşdüyünü desək, heç də yanılmarıq. Görüşdə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsi bir daha gündəliyə gətirildi. Aİ tərəfindən bu istiqamətdə texniki yardımın göstərilməsi nəzərdə tutulur. Həmçinin, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Kommunikasiya və nəqliyyat xətlərinin açılması, o cümlədən Ermənistan ərazisindən dəmir yolu xəttinin çəkilməsi, gömrük, sərhəd nəzarət məsələlərinin və avtomobil yolunun marşrutu qarşılıqlı prinsip əsasında təmin olunmalıdır ki, bunlar da məhz postmüharibə dövründə Azərbaycanın danışıqlar masasına qoyduğu tələblər idi. Avropada artıq Azərbaycanın haqlı mövqeyinin qəbul edilməsini Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatında da bir daha müşahidə etdik. Bir sözlə, Rusiyadan sonra Aİ-nin də reallıqdan çıxış edən mövqe sərgiləməsi Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli siyasətin nəticəsidir”.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Azərbaycan-NATO əməkdaşlığı uğurla davam etdirilir

Xarici ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını və inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Məhz belə siyasi kursun nəticəsi olaraq da Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının fəaliyyətində yaxından iştirak edir. Bu mənada Azərbaycan-Nato əlaqələrini xüsusi qeyd etmək olar. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Qarşılıqlı əməkdaşlıq şəraitində davam edən bu əlaqələr hal-hazırda yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin regional və qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış etməsi və bütövlükdə sabitliyə və təhlükəsizliyə verdiyi dəyərli töhfə qurum tərəfindən yüksək qiymətləndirilir. Regionun lider dövlətinə çevrilən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən nüfuzlu təşkilatlardan biri kimi NATO son illər ölkəmizlə əlaqələrin daha da intensivləşdirilməsi üçün mühüm addımlar atır. Ölkəmizin siyasi, iqtisadi, hərbi potensialının ildən ilə artması və bölgədə lider statusuna malik olması Azərbaycan NATO əlaqələrinin yeni mərhələdə uğurla inkişafı qarşıda daha böyük perspektivlər açır.

Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı

 

NATO ilə etibarlı tərəfdaşlıq əlaqələri

Hərbi-siyasi blok olan Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq siyasi və hərbi yollarla bütün üzvlərinin azadlığını və təhlükəsizliyini müdafiə edir. Alyansın fəaliyyətinin əsas prinsipi üzvlərinin bölünməzliyi əsasında ümumi öhdəliklərin yerinə yetirilməsi və suveren dövlətlər tərəfindən əməkdaşlığın qurulmasıdır.
Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası 1994-cü ildə qoyulub. Ulu öndər Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb. 1996-cı il aprel ayının 23-də yenidən Brüsselə səfər edən ulu öndər Heydər Əliyev “Sülh naminə tərəfdaşlıq” sənədinə qoşulmaq barəsində təqdimat sənədini NATO-nun Baş katibi Xavyer Solanaya təqdim edib.
Azərbaycan Respublikası 1997-ci ilin iyulunda NATO-nun Avro-atlantika Əməkdaşlıq Şurası adlı qurumuna da qoşulub. Şimali Atlantika Əməkdaşlıq Şurasından fərqli olaraq təşkilatın bu strukturu “Sülh naminə tərəfdaşlıq” çərçivəsində məsləhətləşmələr və müzakirələrdən praktiki addımlara keçməyin təminini nəzərdə tutur. Elə həmin il Azərbaycan NATO ilə əməkdaşlığında yeni mərhələ olaraq Planlaşdırma və Analiz Prosesinə qoşulub. Bu proses müdafiə planlaşdırılmasını, yəni əldə olan resurslardan düzgün istifadə olunmasını nəzərdə tutur. 1997-ci ildə həmçinin, Azərbaycan NATO-nun Brüsseldəki mənzil-qərargahında öz diplomatik nümayəndəliyini açıb.

Abbas Nağıyev– Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib

Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. “Sülh Naminə Tərəfdaşlıq” proqramı Şimali Atlantika İttifaqının 1994-cü il yanvarın 10-11-də keçirilən Brüssel görüşündə irəli sürülmüş mühüm təşəbbüsüdür.
“Sülh Naminə Tərəfdaşlıq” proqramı proqramında müxtəlif dövlətlərin hərbi planlaşdırma prosesinin və müdafiə büdcələrinin formalaşdırılmasının açıqlığına nail olunması əsas məqsədlərdəndir. Mütəmadi olaraq Azərbaycana səfər edən NATO ekspertləri rəsmi Bakıya sözügedən istiqamətdə texniki yardım göstərəcəklərini bəyan ediblər. “Sülh Naminə Tərəfdaşlıq” proqramı proqramının ən vacib məqsədlərindən biri Silahlı Qüvvələr üzərində demokratik nəzarətin tətbiq edilməsidir.
“Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əsas məqsədlərdən biri də beynəlxalq əməliyyatların aparılmasını təmin etməkdir. Belə ki, BMT-nin himayəsi və ya ATƏT-in sanksiyası ilə aparılan əməliyyatların keçirilməsinə kömək üçün vacib qüvvə, vasitə və hazırlıq səviyyəsinin saxlanılması daxildir. “Sülh Naminə Tərəfdaşlıq” proqramı təlim və məşğələlərində mütəmadi iştirak nəticəsində Azərbaycan NATO-nun rəhbərliyi altında aparılan sülhməramlı əməliyyatlara qoşularaq Avro-atlantik təhlükəsizliyin təmin olunmasına fəal töhfə verməyə qadir olmuşdur. Azərbaycan silahlı qüvvələrinin hərbi bölmələri Türkiyə hərbi kontingenti tərkibində Kosovo Qüvvələri və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində NATO Silahlı Qüvvələri ilə birgə xidmət ediblər.

Dayangül Vəliyeva- İsaqbağı kənd tam orta məktəbin direktoru

 

 

Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın müstəsna rolu

Hazırda Azərbaycanla Avropa İttifaqı münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edir. Bu məqam dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasındakı görüşdə bir daha vurğulanıb. Aİ Şurasının Prezidenti Şarl Mişel bu ilin iyulunda Azərbaycanda səfərdə olub: “Bildiyiniz kimi, bu səfər çərçivəsində Ş. Mişellə Prezident cənab İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi, əməkdaşlıq üçün əlavə imkanlar, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması kontekstində enerji təhlükəsizliyi və Avropa bazarına ixrac olunacaq təbii qazın həcminin artırılması perspektivləri, o cümlədən, İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar, bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf məsələlərini ətraflı müzakirə ediblər”.
Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı əsasdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılmasına güclü siyasi iradə göstərir. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır”.
Məhz bu kontekstdə Ş.Mişellə Prezident cənab İlham Əliyevin dekabrlbn 14-də Brüsseldə baş tutan görüşündə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Ümid edək ki, Avropa İttifaqı bu məsələdə reallıqdan çıxış edərək, Ermənistanın üzərinə göturdüyü öhdəliklərin yerinə yetirməsini təmin etmək istiqamətində addım atacaq.

Gülmayə Bədəlova- Dəli Quşçu kənd tam orta məktəbin direktoru

 

 

Zəngəzur dəhlizi regionun simasını dəyişdirəcək layihədir

Cənubi Qafqazda və bütövlükdə regionda yaranmış yeni geosiyasi reallıqlar zaman keçdikcə öz yerini tapmaqdadır. İndi növbə Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək üçün ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində qələbə əldə etdi. Təslim olan Ermənistan 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya liderləri ilə atəşkəs bəyanatı imzaladı. Bəyanatda qeyd olunan məsələlərdən biri də, Naxçıvanı Azərbaycanın digər hissələri ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Üçtərəfli Bəyanatında da açıq-aydın deyilir ki, Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir.
Ermənistan reallıqları anlayır və razılaşmalara əməl etmək məcburiyyətindədir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham cənab Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanatında iki ölkə arasında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edib. Şarl Mişel həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edib. Bəyanatda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür, regionda dəmir yolu xəttinin önəmi vurğulanır. Təbii ki, bütün bunlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.
Zəngəzur dəhlizinin açılması tarixi zərurətdir. Açılmalıdır. Bu dəhlizin açılması ilkin növbədə regionlaşmanı sürətləndirəcək. Azərbaycan üzərindən keçən nəqliyyat kommunukasiya xətləri, Xəzər dənizinin gəmi bərə xətlərindən istifadə etməklə üzü şərqə doğru qloballaşma zonasına, Sakit okean rəqabət mərkəzinə doğru irəliləyəcəkdir. Bu yol bu dövlətləri dördüncü rəqabət mərkəzi olan Sakit okean rəqabət mərkəzinə çıxaracaq.

Səlim Zeynalov- Dəkkəoba kənd tam orta məktəbin direktoru

 

NATO ilə əlaqələr daha da genişlənmiş və dərinləşmişdir

Azərbaycanla NATO arasında qarşılıqlı münasibətlərin ilk təzahürü 1992-ci ilin oktyabrında başlamışdır. O zamandan yenicə müstəqillik qazanmış ölkəmiz NATO-nun təşkil etdiyi müxtəlif seminarlarda iştirak etməyə başlamışdır. Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birinci gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verirdi. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır. Bu gün NATO ilə əlaqələr daha da genişlənmiş və dərinləşmişdir. Bu barədə Prezident İlham Əliyev NATO-nun mənzil qərargahında keçirilən mətbuat konfransında bildirib. Bu gün Azərbaycan NATO nun  etibarlı tərəfdaşı olduğunu bir daha sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza başladıq və onu layiqincə sona çatdırdıq.
Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbiçiləri arasında olduğunu qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Əlbəttə ki, bu birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz əməkdaşləqla bağlı planlarımızı müzakirə edirik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırkı və aparıcı üzvlərindən olan Türkiyə ilə yalnız bu il yeddi birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir. Həmçinin Prezident onu da qeyd edib ki, Azərbaycan NATO-ya üzv olan dörd ölkə üçün etibarlı təbii qaz təchizatçısıdır və onların sayını artıra bilər. Azərbaycan regionda sülhün bərqərar olmasına sadiqdir. Ermənistan xoşməramlı olarsa, Azərbaycan sülh sazişi üzərində işləməyə hazırdır. Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktor

 

NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb

Azərbaycan – NATO münasibətləri 1992-ci ilin martında Azərbaycanın bu təşkilatın Şimali Atlantika Əməkdaşlıq Şurası qurumuna üzv qəbul edilməsi ilə formalaşmağa başlayıb. Azərbaycan nümayəndə heyəti ilk dəfə olaraq 1992-ci ilin oktyabrında Türkiyədə NATO üzvü olan ölkələrin seminarında iştirak edib.
Şimali Atlantika İttifaqı ilə Azərbaycanın yüksək səviyyədə əməkdaşlığının əsası isə 1994-cü ildə qoyulub. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə Brüsselə səfəri zamanı NATO-nun keçmiş sovet respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə tərəfdaşlıq” sazişini imzalayıb. Həmin dövrdən başlayaraq NATO-Azərbaycan əlaqələrinin inkişaf  etdirilməsi üçün şərait yaranıb.
Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident cənab İlham Əliyev də Respublikanın NATO ilə əməkdaşlığının inkişafına böyük önəm verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi müxtəlif səviyyəli görüşlər də bunu sübut edir.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində Prezident cənab İlham Əliyevin Avropa İttifaqı Prezidenti və Ermənistanın Baş Naziri ilə üçtərəfli görüşündə Ermənistan və Azərbaycan arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası üzrə danışıqlar həyata keçirilib və razılaşma sənədi imzalanıb. Sənədə əsasən tərəflər arasında qarşılıqlı prinsip əsasında dəmir yolu xətlərinin bərpası və digər kommunikasiya məsələləri üzrə razılıq əldə olunub.

Aqil Məmmədov-Rayon Təhsil şöbəsinin baş məsləhətçisi

 

Qanunla.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki