image-qanunla-reklam
image-xocali-2_1645705943-780x470

Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir

image-lady-day-az

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.

26 fevral 1992-ci ilin qarlı-şaxtalı sərt qış gecəsində  dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Qız-gəlinlər əsir alındılar, uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər.  Ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilərin törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. O gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini “məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Həmin gün azğınlaşmış erməni quldur dəstələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə hazırladıqları məkrli planı həyata keçirdilər.  Bütövlükdə hücum və şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, şəhər yerlə-yeksan edilmişdir.  Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. O, vahiməli və faciəli gündən bizi 33 il ayırır. 1992-ci ildə biz hələ dünyada yox idik. Lakin o dəhşətli günlərin bəzi kadrları qorunub saxlanılmış və onlara baxdıqda insanın tükləri biz-biz olur. 33 il öncə 1992- ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını  bir daha təsdiq etmiş  oldular. Xocalıda törədilmiş amansız qətliam  nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa qarşı yönəlmiş soyqırım idi.

Bütün bunlar bir daha sübut edir ki, ermənilik bəşəriyyətə qarşı çox böyük təhlükədir. Xocalıda mülki əhalinin planlı və məqsədli şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Bütün bunlar ermənilərin 33 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

 Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva

 

 

 Holokost soyqırımına bənzəyən Xocalı faciəsi. 

1992-ci il, 26 fevral – Qan yaddaşımız. Bu təqvim tariximizin ən qanlı, faciəli, unudulmaz soyqırımıdır. Xocalı faciəsi demək olar ki, bəşəriyyətin ən qəddar faciəsidir. Bu yalnız Azərbaycan xalqına qarşı edilmiş vəhşilik deyil, bütün insanlığa qarşı törədilmiş vəhşətdir. Bu il artıq Xocalı faciəsindən 33 il ötür. Lakin illər ötsə də bu faciənin ağrı-acısı nəinki xocalıların, bütün Azərbaycanın ürəyində yaşamaqdadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə, Xocalı şəhərini işğal edərkən, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğındır. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq  ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Şəhərin ələ keçirilməsi nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmiş, şəhər yerlə-yeksan edilmişdir Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın rayonlarına   səpələnmiş Xocalı sakinləri “Qarabağ” münaqişəsinin ədalətli həllini səbirsizliklə gözləyirdilər. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun Zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi.  2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı da daxil olmaqla Qarabağdakı digər şəhər və yaşayış məntəqələrinin işğaldan azad edildi, Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan bayrağının dalğalandırıldı. Xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını təmin etdi, tarixi ədalətini və ölkəmizin ərazi bütövlüyünü tam bərpa etdi.

Hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Həmçinin, tariximizin faciəli səhifələrindən biri kimi Xocalı soyqırımı xalqımızın tarixinə qan yaddaşı kimi həkk olundu. 1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaddaşlardan silinməyən tarixi sözləri “…Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi”. 44 günlük Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində Azərbaycanın qəhrəman oğulları Xocalı canilərini məhv etməklə qətliam qurbanlarının qisasını aldılar. Artıq fəxrlə deyə bilərik ki, azad olunmuş torpaqlarımızda quruculuq, abadlıq işləri başlayıb və qısa müddət ərzində xeyli sayda məcburi köçkün doğma yurdlarına köçürülüb. Bu gün hər bir azərbaycanlı artıq 26 fevralı qalib xalq kimi anır. Çünki igid əsgərlərimiz hər bir xocalının qisasını lazımı şəkildə alıb. Allah hər bir şəhidimizə rəhmət etsin. Unutmarıq, unutdurmarıq! 

Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki