image-qanunla-reklam
image-242064093_2928633120693529_6986955514348450306_n

“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu”

image-lady-day-az
16.09.2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay Mərkəzi kitabxanasının və Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təçkilatçılığı “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu” mövzusunda onlayn tədbir keçirildi.
Onlayn tədbirdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları və fəal şagirdlər iştirak etdilər.
Onlayn tədbir iştirakçılarını salamlayan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova yeni tədris ilinin başlaması münasibəti ilə bütün təhsil işçilərini, tələbə və şagirdləri təbrik etdi. Könül xanım Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən danışaraq əlavə etdi ki, ulu öndərin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Göyçay Mərkəzi Kitabxanasının direktoru Nərmin Xəlilova da çıxış edərək “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edib onlara uğurlar arzuladı.
Nərmin xanım qeyd etdi ki, tarixdə adı müstəqil dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Heydər Əliyev məhz belə bir liderdir. O, ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım İmanova çıxışında “Tarixi həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur – deyə qeyd etdi. Bu gün ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti xalqımızın təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.
Göyçay Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin baş biblioqrafı Gülarə Bədirova çıxışında Ulu öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər verməsindən ətraflı danışdı. Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində kardinal addımlar atılmışdır – deyə Gülarə xanım qeyd etdi.
Göyçay Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri Sahilə Əliyeva çıxış edərək bildirdi ki, Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də 1970-80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ölkə üçün ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaratmasıdır.İftixar etməli haldır ki, respublikadan kənarda milli kadr hazırlığı sahəsində aparılan siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o illərdə təhsil almağa göndərilən və ölkəmizin hərbi məktəblərini bitirən gənclərdir.
Onlayn tədbirdə Zərdab rayon 1 saylı məktəb-liseyin şagirdləri Tofiq, Həbib İmanovlar, Ayan Rəhimli, Göyçay rayon məktəbliləri Zəhra Xəlilzadə, İlahə Nəbiyeva çıxış edərək 2021-2022-ci tədris ilində yalnız uğurlar qazanacaqlarına, müəllimlərinin əməyini yüksək tutaraq elmləri dərindən mənimsəyəcəklərinə söz verdilər. Eyni zamanda məktəblilər qazanılan uğurları dövlətin təhsilin inkişafına göstərdiyi qayğının nəticəsi kimi qiymətləndirdiklərini xüsusi olaraq qeyd etdilər.
Bir 12 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər, ekran və mətn şəkili ola bilər
Bir 11 nəfər və mətn şəkili ola bilər
Bir 10 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 1 nəfər və bunu deyən yazı "Zahra Xalilzade" şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 2 nəfər və içəridə şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər və bunu deyən yazı "11:35 Zoom Leave Unmute ↑ Stoo Video …”” D Participants More" şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki