image-qanunla-reklam
image-1630399835_241015020_247786337347146_362180815299946167_n

Azərbaycan Tokio-2020-də 10-cu qızıl medalını qazandı

image-lady-day-az

Tokio-2020 çərçivəsində keçirilən idman oyunlarında Azərbaycan 10-cu qızıl medalını qazanıb. 

Qanunla.Az xəbər verir ki, bununla da Azərbaycan dünya üzrə ümumi medal sıralamasıda 14 medalla 10-cu yerdə qərarlaşıb.

Belə ki, Azərbaycan Milli Paralimpiya Komandasının üzgüçülük idman növü üzrə təmsilçisi Raman Saleh “100 metr sərbəst” kateqoriyasında 52.69 saniyəlik nəticə göstərərək qızıl  medal qazanıb.

Bu, idmançımızın Tokio Paralimpiadasında ikinci qızıl medalıdır. O, daha əvvəl 100 m məsafəyə arxasıüstə üzgüçülük yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Qeyd edək ki, bu barədə Azərbaycan Milli Olimpia Komitəsi məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki