Azərbaycan Türk dünyasının inkişafına mühüm töhfə verir
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini diqqətə çatdıran ölkə başçısı bildirdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Türk dünyasının birləşməsinə gəlincə ölkə rəhbəri qeyd etdi ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.Dövlət başçısı vurğuladı ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir.Ölkə başçısının söylədiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Şuşanın beynəlxalq statusundan söz açan ölkə rəhbəri söylədi ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.Ölkə başçısı bildirdi ki, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatmışdır.Əlamətdar hadisələrdən söz açan ölkə başçısı qeyd etdi ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır.
Bu gün Türk Dövlətləri Təşkilatı dünyada kifayət qədər böyük çəkiyə malik olan bir təşkilatdır. Nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatının real imkanları get-gedə böyüyür və təşkilatın bu gün istər dünya səhnəsində, istərsə də dünyadakı iqtisadi münasibətlər sistemində çox böyük təsir imkanları mövcuddur.Eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bir çoxu həm də digər önəmli beynəlxalq siyasi təşkilatlarda təmsil olunurlar. Təmsil olunan ölkələr gələcəyin dünya iqtisadiyyatının əsas mərkəzi hesab edilir. Beləliklə, Mərkəzi Asiyanın gələcəkdə çox böyük geosiyasi və geoiqtisadi potensialı ilə bağlı dəqiq yanaşmalar mövcuddur. Bu baxımdan Avropadan Mərkəzi Asiyaya qədər uzanan vahid türk ailəsini birləşdirən bu təşkilatın mövqelərinin güclənməsi əlbəttə, bizim üçün də böyük əhəmiyyətə malikdi. Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Daha sonra Qarabağ xanı Pənahəli xan tərəfindən şəhərin təməlinin qoyulmasının 270-ci ildönümü şərəfinə 2022-ci il ölkədə “Şuşa İli” elan edildi.Şuşa Türk və İslam dünyasında da, xüsusi yerə malikdir. Belə ki, TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. 2021-ci il iyunun 15-də iki qardaş dövlət – Azərbaycan və Türkiyə imzaladıqları Şuşa Bəyannaməsi ilə bu şəhərdə münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə ucaldıblar. Bu günə kimi şəhərdə çoxsaylı beynəlxaq konfranslar təşkil olunub. Bir çox ölkələrin rəsmi nümayəndələri Şuşaya səfər edib.
Türk dünyasının nəbzi Qarabağın incisi olan Şuşada döyünüb. Söhbət Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü dünyanın diqqət mərkəzindədir.Qeyd edək ki, qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçısının şəxsi təşəbbüsüdür. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak ediblər.Qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması mərasimi olub. Şuşadakı görüşlərdə TDT-nin dövlət başçıları Azərbaycanın bir sıra beynəlxalq layihələrlə bağlı səylərini yüksək qiymətləndiriblər. Bu, “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”ndə əksini tapıb.
Bəyannamədə qeyd edilir ki, dövlət başçıları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsini, bu yol boyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi ilə bağlı Azərbaycanın, Gürcüstanın və Türkiyənin üçtərəfli səylərini qiymətləndirirlər. Həmçinin bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində (Yaşıl dəhliz) son inkişafları alqışlayırlar. Bu Bəyannamə ümumilikdə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Azərbaycan Türk Dövlətləri Təşkilatının iştirakçı ölkələri ilə möhkəm dostluq və qardaşlıq əlaqələrinə malikdir.
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç.73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri