image-qanunla-reklam
image-14844014994771334844_1000x669

Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü

image-lady-day-az

Azərbaycan-Türkiyə qardaşlığının təcəssümü

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1 Dünya müharibəsində və eyni zamanda Türkiyə vətən müharibəsində Azərbaycana hər cür dəstək göstərmişdir. Türkiyədə həmçinin 1918-ci ildə Nuru Paşanın başçılığı ilə Bakının azad edilməsi üçün öz dəstəyini göstərmişdir. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini elan edəndə, ilkin olaraq Türkiyə tərəfindən müstəqilliyimiz tanındı və Azərbaycana hər cür köməklik göstərdilər. Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir.” Ulu öndər Heydər Əliyev öz kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: “Bir millət iki dövlət.” Azərbaycanın hərb tarixinə “Aprel-İyul döyüşləri” kimi daxil olan hərbi-siyasi hadisələrdə Türkiyə Cümhurriyətinin bütün imkanları ilə Azərbaycanın yanında olmasını açıq şəkildə bəyan etməsi sözün əsl mənasında qardaş ölkə və doğma xalq olmaq missiyasının əyani təcəssümüdür. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışlarında səsləndirilmiş “Bütün imkanlarımızla”, “Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək”, “Qardaşlarımızı heç vaxt tək qoymarıq” kimi dərin mənaya malik olan və konkret mövqe nümayiş etdirən fikirlər qardaş ölkədə müstəqil dövlətimizə, xalqımıza bəslənilən münasibətin hansı miqyasda olduğunu təsəvvür etməyə imkan yaradır.
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə iki dövlətin ordusunun Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad “İki dövlət – bir ordu” modelinin əməli nümunəsi olmuşdur.
Azərbaycan Türkiyə sərhədində əsgərlərin bayraq dəyişdirilməsi aksiyasının həyata keçirilməsi ordularımızın Dövlətin keşiyində eyni amal, eyni məsuliyyət və şərəflə dayanmaq andlarının əməli ifadəsidir.
Rəcəb Tayyib Ərdoğan 25 fevral 2020- ci il çıxışında: “Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərinin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur. Düşünürəm ki, 20 il əvvəlki Azərbaycan ilə bugünkü Azərbaycanı müqayisə etmək mümkün deyil. Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. İnfrastrukturu, quruculuğu ilə daim inkişaf edən, dəyişən bir Azərbaycan var.” Türkiyə – Azərbaycan yüksək səviyyəli əməkdaşlıq şurasının səkkizinci iclasının yekununda Türkiyə Prezidenti R.T.Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 14 əməkdaşlıq sənədi imzalandı.
Bunların içərisində ən əsası hərbi sənaye müqaviləsinin imzalanması idi. Nəticədə Azərbaycan Türkiyədən müasir silahlar almağa başladı. Türkiyə Prezidenti R.T.Ərdoğan və Azərbaycan Prezidenti İ.Əliyev Şuşa Şəhərində müttəfiqlik haqqında”Şuşa bəyannaməsini” imzalayıblar. Yeni müqaviləyə görə Türkiyə və Azərbaycana hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir – birini qorumaq üçün birgə addımlar atacaqlar. Bundan başqa, R.T.Ərdoğan Şuşada Baş konsulluq açacağını bəyan etdi. Azərbaycan Prezidenti bu bəyannamənin yüz il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini bəyan etmişdir. “Şuşa bəyannaməsi” Ermənistan və Rusiyaya bir mesajdır. Türkiyə bu gün dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha Türkiyəyə öz təşəkkürümü bildirirəm.

Orucov Aslan,
Saatlı Rayonu M. Ağayev adına ümümi orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki