image-qanunla-reklam
image-03220983-7c63-3b01-8958-9b026ca25a0c_850

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

image-lady-day-az

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb.

13.38

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir Həsənov, Hulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, sonda görüşün protokolu imzalanıb.

Nazirlərin mətbuata birgə açıqlama ilə çıxış edəcəkləri gözlənilir.

12.34

Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri – general-polkovnik Zakir HəsənovHulusi Akar və Cuanşer Burçuladze arasında üçtərəfli görüş başlayıb.

Görüş Gürcüstanın Kaxeti bölgəsində Tsinandali kəndində keçirilir.

Tərəflər üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gələcək perspektivlərini və bölgədəki vəziyyəti müzakirə edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki