image-qanunla-reklam
image-15740836916535155561_1200x630

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə,  təhlükəsizliyə öz töhfəsini verir

image-lady-day-az

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün təmin edilməsinə,  təhlükəsizliyə öz töhfəsini verir.

Cənubi Qafqaz Avropa ilə Asiyanı birləşdirən əsas regiondur. Bu mənada  Azərbaycan-Gürcüstan əlaqəsi əvəzolunmazdır. Məhz buna görə də Bakı ilə Tbilisi arasında məhsuldar dialoq təkcə bizim ölkələrimiz üçün deyil, həm də region üçün vacibdir.  Elə aprelin 16-da Gürcüstanın prezidenti Mixeil Kavelaşvilinin ilk rəsmi səfərini Azərbaycana etməsi də Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan Cənubi Qafqazda öz iqtisadi potensialı və digər sahələrdə inkişafı ilə diqqəti çəkir. Bundan başqa ölkəmiz həm də regionda öz qonşuluq missiyasını uğurla yerinə yetirir. Son vaxtlar Azərbaycan və Gürcüstan birgə çox önəmli layihələrin icrasını həyata keçiriblər. Bu layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də coğrafiyamız üçün geniş əhəmiyyət daşıyır. Bütün bunların fonunda siyasi əlaqələrin inkişafı da ürəkaçandır. Birgə həyata keçirilən neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri böyük əhəmiyyət daşıyır və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi hər iki ölkənin həyata keçirdiyi layihələr Asiya ilə Avropanı birləşdirən mühüm tranzit xəttidir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Hər iki ölkə arasında yaranan əlaqələrdən doğan iqtisadi güc və qarşılıqlı münasibətlər Azərbaycan və Gürcüstanın Cənubi Qafqazda sülhün təmin edilməsinə, təhlükəsizliyinə də öz töhfəsini verməsinə şərait yaradır. Ölkə başçımız İlham Əliyevin Gürcüstan Prezidentinin Azərbaycana səfəri ilə bağlı mətbuata bəyanatda dediyi kimi: “Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq. Gürcüstan-Azərbaycan əlaqələri haqqında çox danışmaq olar. Sadəcə, onu bildirmək istəyirəm ki, bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək”. Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin gələcək inkişafı üçün çox vacib bir məsələdir. Beləliklə, Cənubi Qafqaz ölkələri dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub, düzgün və ardıcıl siyasətlə regionun potensialından tam istifadə etməklə regionmuzun dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirməsini təmin edə bilərlər. Azərbaycan və Gürcüstan artıq uzun illərdir ki, məhz bu yolu seçiblər.

Zərdab rayon Şıxbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sabir Əhmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki