image-qanunla-reklam
image-_102916946_gettyimages-939327158

Azərbaycan və İran arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub

image-lady-day-az

Azərbaycan və İran arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında qurulub

Azərbaycan müstəqillik qazandıqdan sonra, qonşu və digər ölkələrlə geniş diplomatik addımlar atmışdır. Doğrudur müstəqilliyin ilk illərində ölkəmiz erməni işğalına məruz qalmış, 90-cı illərin əvvəllərində hakimiyyətdə olanların siyasi təcrübəsizliyi, məsuliyyətsizliyi, dövlət idarəçiliyindən bixəbər olmaları ölkəmiz üçün ağır nəticələr vermişdir. Dünya ölkələri bir yana qalsın, qonşu dövlətlərllə normal münasibətləri qura bilməyən o, zamankı iqtdar məsuliyyətsiz və diplomatiya qaydalarına uyğun gəlməyən davranışlarla, qonşu dövlətlərlə gərgin münasibətlərin əsasını qoymuşdur. Erməni təcavüzü şəraitində, gərgin siyasi, sosial-iqtisadi dövrdə qonşu Rusiya və İranla çox gərgin münasibətlər mövcud idi. Bu da o vaxtki iqtidarın siyasi ömrünün qısalmasının səbəblərindən biri oldu.
Qonşu İranla münasibətlər diplomatiyamız qarşısındakı əsas prioritet məsələlərdəndir. İranın daim mürəkkəb, çoxşaxəli, ənənəvi olmayan, ziddiyyətli siyasəti diplomatiyamız üçün mürəkkəb gedişlərə səbəb olmuşdur. İranla münasibətlərin normal əsasını, hələ mərhum prizedent H.Əliyev Naxçıvanda olarkən qoymuşdur. Naxçıvanın blokadan çıxarılmasında Heydər Əliyev Türkiyə İranla əhəmiyyətli münasibətlər qurmuş, normal və mehriban onşuluq münasibətlərinin təməli məhz o vaxt qoyulmuşdur. Azərbaycanın beynəlxalq arenada uğurlu diplomatik addımları, xarici siyasət sayəsində daim yeni müvəffəqiyyətlər qazanmasına gətirib çıxarmışdır. Diplomatiyamız qarşısında duran prioritet məsələlərdən biri İranla münasibətlərin dövlət maraqlarına uyöun qurulmasıdır. Çünki İran Azərbaycan üçün mühüm, həssas qonşudur. İranda otuz milyondan artıq soydaşımız yaşayır. Oradakı soydaşlarımızın mənafeyi də Azərbaycan dövləti üçün daim maraq dirəsində olmalıdır. İnqlabdan sonrakı İran dünya siyasətinin reallıqlarından fərqli siyasi mövqe tutmuşdur. Müasir İranın siyasəti, eyni zamanda hər tərəfli öyrənilməsi bu günün əsas problemlərindən biridir. Müasir İranı öyrənmə mərkəzlərinin yaranmasımna ciddi ehtiyac var. İran siyasətinin təhlil olnuması üçün, adekvat addımlar atmaq üçün mütləq müasir İran çoxşaxəli və kifayət qədər öyrənilməlidir.
İranda mövcud hakimiyyətdə təmsil olunmuş bəzi ekspansionist qüvvələr gərginliyin əsas səbəbkarlarındandır. Azərbaycanın müstəqilliyinin, güclənməsinin qarşısını almaq, problemlər yaratmaq həmin şovinist ünsürlərin əsas məqsədlərindən olmuşdur. İranda hakimiyyət dəyişikliyindən aslı olmayaraq bu qüvvələr daim siyasət səhnəsində olmuşlar. İranla münasibətlərin gərginləşməsində maraqlı xarici qüvvələrdə mövcuddur. Ölkə daxilində antiiran əhval ruhiyyəsinin güclənməsi, düçmənçiliyin yaranması və dərinləşməsi bu qüvvələrin pozucu fəaliyyətlərinin tərkib hissəsidir. 44 günlük Vətən müharibəsində İranın gecikmiş lakin müsbət bəyanatı bu ölkənin ənənəvi mövqeyini göstərir. Problemin genişliyi, çoxşaxəli olması bu məqalənin mətninə sığmır. Lakin qeyd olunmalıdır ki, Azərbaycan hakimiyyətinin daim balanslı xarizmatik siyasəti, mehriban qonşuluq üçün atılan addımlar daxili və xarici düşmənlərin, eyni zamanda İran daxilində ölkəmizə mənfi münasibət bəsləyənlərin çirkin niyyətlərini təsirsiz etmişdir. Azərbaycan bu gün İranla mehriban qonşuluq münasibətləri qurmuşdur. Bu münasibətlər hər iki ölkə arasında əməkdaşlığın genişlənməsinə gətirib çıxarmışdır.

Musayev Rauf 
Saatlı rayon Mircəlal kənd tam orta məktəbin tarix müəllimi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki