image-qanunla-reklam
image-16243545475252818213_1000x669

Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

image-lady-day-az

İyunun 20-də Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin növbəti raundu keçirilib.

Qanunla.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, məsləhətləşmələrdə Misir tərəfini xarici işlər nazirinin müavini səfir Badr Abdelatti, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil ediblər.

Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.

Azərbaycan tərəfi münaqişədən sonra bölgədə mövcud vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki