image-qanunla-reklam
image-media-354266870_820672222745891_6451607333236986822_n-2f6go3e05p9rawxzn7cs

Azərbaycan və Pakistan arasında turizmin inkişafına xüsusi diqqət yetirilir

image-lady-day-az

Azərbaycan və Pakistan arasında turizmin inkişafına xüsusi diqqət yetirilir

“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi-tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”  da imzalanan çoxsaylı sənədlər sırasındadır. Sənədlərin say tərkibi əlaqələrimizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Hazırkı dövrün əsas çağırışlarından olan yaşıl enerjiyə keçid əlaqələrimizdə əsas istiqamətlərdən biridir. Ötən il ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində dövlət başçısı İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə də bu məsələlər geniş müzakirə edilmişdir.

Bu faktlar iki ölkə arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Bu cür qarşılıqlı münasibət  iki dövlət arasında əlaqələrin  təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də humanitar sahədə dərin köklərə sahib olduğunu göstərir. Eyni zamanda, Azərbaycan və Pakistan arasında turizmin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə pakistanlı turistlərin Azərbaycana axını artıb və iki ölkə arasında viza rejiminin sadələşdirilməsi bu sahədəki əlaqələri daha da gücləndirib.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Azərbaycan və Pakistan  arasında əlaqələr qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub.

Hazırda diqqət göstərilən məsələlərdən biri Azərbaycan-Türkiyə-Pakistan birliyi, həmrəyliyidir. Dünya 2021-ci ildə  Azərbaycan-Türkiyə qardaşlığının zirvəsi olan   Şuşa Bəyannaməsinin ardınca Azərbaycan-Türkiyə-Pakistan birliyinin təcəssümü olan Bakı Bəyannaməsindən bəhs etdi. Ölkəmizdə üç dost ölkənin parlament sədrlərinin  toplantılarının keçirilməsi və sonda bir sıra çağırışları, dünyaya mesajları, perspektivləri ehtiva edən Bakı Bəyannaməsinin imzalanması Vətən müharibəsindən sonra yaranan reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi istiqamətində atılan addımlar sırasında oldu.  Cənubi Qafqazda möhtəşəm siyasi, iqtisadi, hərbi  gücü formalaşdıran, Türkiyə ilə müttəfiqlik əlaqələrinin gücləndirilməsinə yönələn   Şuşa Bəyannaməsindən sonra Bakı  Bəyannaməsinin imzalanması etibarlı güc mərkəzinin formalaşdırılmasıdır. İslam həmrəyliyinin ifadəsi olan bu birlik regionda gedən proseslərə təsiri baxımından da  əhəmiyyətlidir. Bakı Bəyannaməsi ölkələrimiz arasındakı  diplomatik əməkdaşlıq, Azərbaycanın mövqeyinin daha etibarlı müdafiəsi baxımından bu gün daha vacibdir. Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının daha da dərinləşməsinə yol açacaq Bakı Bəyannaməsi Azərbaycan-Türkiyə birliyinin zirvəsi olan Şuşa Bəyannaməsindən sonra dünyaya növbəti mesajları ünvanlayan sənəd oldu. Burada Azərbaycanın tarixi Zəfərindən bu günədək əldə edilən uğurlar, hədəflər, yeni reallıqların diktə etdiyi əməkdaşlıq formatları, ədalətin, beynəlxalq hüququn  hər bir məsələnin həllində əsas rolu, ən əsası regionda və dünya siyasətində yaradacağı yeniliklər öz əksini tapıb. Əməkdaşlığın parlamentlər səviyyəsində qurulması və inkişaf etdirilməsi də bugünümüzün tələbləri sırasındadır. Bu birlik dost ölkələrin milli maraqlarımızın beynəlxalq səviyyədə  müdafiə olunmasında da öz sözünü deyəcək. Təbii ki, atılan hər bir addım Azərbaycanın Zəfərinin təqdimatı, onun haqlı, qalib tərəf kimi diktə etdiyi reallıqların uğurlu icrasında dost, qardaş ölkələrin dəstəyinin göstəricisidir.

Qeyd etdiklərimiz belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan və Pakistan  iki qardaş ölkədir. Əlaqələrimiz qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki