Xəbər verdiyimiz kimi, Azərbaycan vətəndaşı Ağamir Əzimov Ukrayna müharibəsinə zorla göndərilib və Ukraynada əsir düşüb.
Ağamir Əzimovun əsir düşməsini əks etdirən görüntüləri ailəsi Axar.az-a təqdim edib.
Görüntülərdə solda yerdə uzanan Ağamir Əzimovdur, onun yanındakı, o cümlədən əsir götürülərkən fikizi işgəncələrə məruz qalan şəxsin kimliyi haqda məlumat yoxdur.
Digər görüntüdə isə A.Əzimov əsir düşən rus əsgərin Rusiya ordusuna müraciəti zamanı onun yanında dayanıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik.
Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.