image-qanunla-reklam
image-fotojet-27

Azərbaycan vətəndaşı İstanbulda silahlı hücuma məruz qalıb – ANBAAN VİDEO

image-lady-day-az

 

İstanbul şəhərinin Esenyurt rayonunda Azərbaycan vətəndaşı olan kişi küçədə uşaqların gözü qarşısında silahlı hücuma məruz qalıb.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Avtomobili idarə edən şəxs hədəfə aldığı şəxsə tərəf bir neçə dəfə atəş açsa da, onu öldürə bilməyib.

Yaralı əraziyə çağırılan təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb.

Hələlik insidentin motivi məlum deyil.

Hüquq mühafizə orqanlarının əməkdaşları silahlı hücumu həyata keçirən şəxsin axtarışlarına başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki