image-qanunla-reklam
image-bez-nazvaniya

Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdır

image-lady-day-az

Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibə verib. Müsahibəsində bir sahələrlə bağlı məsələlərə toxunan cənab Prezident ölkəmizin sosial-iqtisadi sahədə inkişafından, əhalinin rifahının daha da yaxşılaşmasından bəhs edib.

Cənab Prezident qeyd etmişdir ki, “Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, – hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, – yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə – minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”

Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi

 

 

Zəngəzur dəhlizi açılmalıdır açılacaq.

Zəngəzur bölgəsi tarixən Azərbaycan torpağı olub. Dəhlizin açılması bu tarixi ədalətin bərpasına və bölgənin inteqrasiya olunmasına töhfə verəcəkdir. Dəhlizin açılması Azərbaycan, Ermənistan, Türkiyə, İran və digər regional ölkələr arasında iqtisadi əlaqələri genişləndirəcək.2020-ci il Qarabağ müharibəsindən sonra əldə edilən üçtərəfli razılaşmaya əsasən, dəhlizin açılması beynəlxalq hüquq normalarına və razılaşmalara uyğun olaraq Azərbaycanın qanuni haqqıdır. Bu dəhliz vasitəsilə yeni ticarət yolları yaranacaq, bölgənin iqtisadi inkişafı sürətlənəcək. Xüsusilə Azərbaycan üçün Naxçıvanla quru əlaqəsinin bərpası strateji əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi enerji daşıyıcılarının nəqli və yeni nəqliyyat marşrutlarının inkişafında əsas rolu oynayacaq. Regional əməkdaşlıq sülh və sabitliyi təşviq edəcək. Bu dəhliz Ermənistanın təcrid vəziyyətindən çıxmasına və iqtisadi inkişafına da kömək edəcək. Azərbaycanın son dövrlərdə əldə etdiyi hərbi-siyasi uğurlar göstərir ki, dövlət bu məsələdə prinsipial mövqe nümayiş etdirir və dəhlizin açılması qaçılmazdır. Türkiyə və digər müttəfiq ölkələr dəhlizin  açılmasına dəstək verir. Beynəlxalq təşkilatlar isə regionda əlaqələrin yaxşılaşmasını dəstəkləyir.

Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində qeyd etmişdir ki, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun”

Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bütün regionun inkişafı və inteqrasiyası üçün mühüm addımdır. Bu, tarixi və strateji bir zərurətdir və reallaşması qaçılmazdır.

Rəqsanə Qurbanova – Zərdab  Peşə  liseyinin  müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki