image-qanunla-reklam
image-4dca405a6e9411816cd39c5058124bf0

Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün artmasının eləcədə beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsidir

image-lady-day-az

Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün artmasının eləcədə beynəlxalq mövqeyinin yüksəlməsinin məntiqi nəticəsidir

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirən Möhtərən Prezidentimiz, Ali Baş komandanımız İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın dünya birliyindəki nüfuzu artdı və artmaqdadı. Məhz bunun nəticəsidir ki, Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanınmışdır.
Azerbaycanın bu siyasi qələbəni qazanmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Eyni zamanda son illər ərzində ölkəmizdə aparılan inkişaf siyasəti, mövcud olan gözəl abu-hava, xalq-iqtidar birliyi siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi sürətləndirdi. İqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi.
Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən aslı deyil, heç bir beynəlxalq maliyyə qurumundan aslı deyil. Son illər ərzində xarici siyasət strategiyasının uğurla həyata keçirməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırdı. Bu illlər ərzində Azərbaycan daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla, eyni zamanda, regional liderə çevrilmişdir.
Bəzi ölkələr işğalçıya təziq etmək, zalımı dayandırmaq və sülh-əminamanlıq yaratmaq əvəzinə, haqq işi aparan dövlətimizi dəstəkləmək əvəzinə, Azərbaycana təziqlər göstərirlər.
Ölkəmizin öz torpaqlarını azad etmək və məcburi köçkünlər üçün yaşayış yeri təmin olunması uğrunda apardığı mübarizəni dayandırmaq istəyirdi. Lakin Azərbaycan rəhbərliyinin göstərdiyi iradə ölkəmizin nə qədər güclü və qətiyyətli olduğunu nümayiş etdirdi. Bu tarixi hadisənin müəllifi, bu şərəfli tarixin memarı Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevdir, Azərbaycan xalqıdır, Azərbaycanın qəhrəman ordusudur.

Elnur İbişov,
Saatlı rayon Mircəlal kənd tam orta məktəbin drektoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki