image-970_50
image-fotojet-2021-12-02t231707-355

Azərbaycan Yunanıstanla ikitərəfli münasibətləri müzakirə edib – FOTO

image-suni_mayalanma_qiymeti

 

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov 2 dekabr 2021-ci il tarixində ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində Yunanıstanın xarici işlər naziri Nikos Dendias ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə, Azərbaycan-Yunanıstan ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsində maraqlarını ifadə ediblər.

Nazirlər, Azərbaycan və Yunanıstan arasındakı ikitərəfli mədəni və turizm əlaqələrindən danışıb, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əlaqələrin genişləndilməsi imkanlarını qeyd ediblər.

Nazir Ceyhun Bayramov həmsöhbətinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, doğurduğu ağır fəsadlar, ötən il baş verən 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyət, post-münaqişə mərhələsində yaranmış yeni reallıqlar, azad olunmuş ərazilərin bərpası və quruculuq işləri barədə ətraflı məlumat verib. Üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər qeyd edilib.

Beynəlxalq hüququn prinsipləri əsasında Ermənistanla Azərbaycan arasında delimitasiya prosesinə başlanılmasının vacibliyi vurğulanıb.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

 

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki