Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır.
9 dekabr 2023 – cü il tarixində Şərqi Avropa regional qrupu tərəfindən Azərbaycan 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi qərar verilib. Amma rəsmi qərar dekabrın 12-də plenar iclasda verilib.
Azərbaycanda keçiriləcək COP29 beynəlxalq konfransı bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünya miqyasında çox güclü mövqelərə sahib olub. Azərbaycanın beynəlxalq aləmdə olan hörməti günbəgün daha da artır.
COP29- beynəlxalq konfrans sayəsində minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın diqqət mərkəzində olacaq. Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır. Bu konfransdan sonra Azərbaycan dünyada “yaşıl enerji” növlərini yaratmasının və bu enerjinin dünya bazarlarına nəql etməsi ilə də tanınacaq. Bu keçiriləcək tədbir sayəsində Azərbaycanda müasir infrastrukturun mövcudluğu və təhlükəsizliyin ən yüksək səviyyədə təşkilini bir daha sübut edəcək.
İşğal dövründə ermənilərin törətdikləri vəhşiliklər sayəsində xarabalığa çevirilən Qarabağ və Şərqi Zəngəzurun iqtisadi rayonları cənab prezidentimiz tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Görülən işlər sayəsində işğaldan azad olunan şəhər və kəndlərdə “Ağıllı” şəhərlər və “Ağıllı” kəndlər adlandırılan meşələri bərpa edib 2050-ci ilədək həmin əraziləri “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.
COP29 beynəlxalq konfransı sayəsində respublikamızda iqlim dəyişikliyi ilə bağlı mühüm layihələr reallaşdırılması da bu baxımdan mühüm rol oynayır.
Soltanova Zahidə
Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı