Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı dəfələrlə təxribat hərəkətlərə çağıran britaniyalı jurnalist Tommi Robinson terrorizm ittihamı ilə həbs edilib.
Qanunla.Az xəbər verir ki, bu barədə Robinsonun X sosial şəbəkə hesabında məlumat yayılıb.
Qeyd edək ki, Robinson dəfələrlə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı təxribata çağırıb, yerli erməni və ermənipərəst təşkilatları dəstəkləyib.