image-qanunla-reklam
image-monax1

Azərbaycana qarşı döyüşmüş Monaxı İrəvan həbs etdi

image-lady-day-az

Ermənistanda “Monax” ləqəbli keçmiş hərbçi Artur Ayvazyan həbs edilib.

Qanunla.Az xəbər verir ki, bu məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.

Qeyd edək ki, Ayvazyan I Qarabağ müharibəsinin iştirakçısıdır. O, müxtəlif kriminal hadisələrdə iştirak edib. 1999-cu ildə parlament teraktının şahidlərindən birini öldürməkdə ittiham edilərək 15 il həbs cəzasına məhkum edilsə də, sonradan vaxtında əvvəl azadlığa buraxılmışdı.

Ayvazyan, həmçinin dəfələrlə Paşinyanın tərəfdarlarına hücumlarda iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki