image-qanunla-reklam
image-vilayet-eyvazovesas

Azərbaycanda 3 rayona yeni polis rəisi təyin edildi

image-lady-day-az

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Qanunla.Az  xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki