image-qanunla-reklam
image-1644919122-clipboard01-1

Azərbaycanda ata qızını boğaraq ÖLDÜRDÜ – YENİLƏNİB

image-lady-day-az

Fevralın 15-də Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü Zəminə Mehtiyevanın öldürülməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qanunla.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin atası Salam Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Zəminə Mehtiyevanı elektrik naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Salam Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki