Ağdamda az bal toplayan abituriyent intihar edib.
Qanunla.Az xəbər verir ki, hadisə rayonun Orta Qərvənd kəndində qeydə alınıb. Kənd sakini, 17 yaşlı Məmmədov Şəfaət Elman oğlu özünü tövlədə asıb.
İlkin məlumata görə, Ş. Məmmədov buraxılış imtahanında az bal toplayıb. Ehtimal edilir ki, o buna görə canına qəsd edib.