Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 167,3 mln. manat olmaqla, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 11,6% azalıb.
Dövlət Statistika Komitəsindən “Qanunla.az“a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,6 dəfə, neft bitumunun istehsalı 15,8% artıb.
Məlumata görə, yanvar-iyul aylarında avtomobil benzininin istehsalı 6,4%, dizel yanacağının istehsalı 26,2%, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 31,6%, neft koksunun istehsalı 36,8%, sürtkü yağlarının istehsalı isə 37,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ-in planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri
Yanvar-iyul 2022-ci il
İllik müqayisə, %
Avtomobil benzini, min ton
646,2
93,6
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton
169,1
68,4
Ağ neft, min ton
309,2
106,1
Dizel yanacağı, min ton
1 076,7
73,8
Yanacaq mazutu, min ton
66,4
2,6 dəfə
Sürtkü yağları, min ton
21,7
62,2
Neft bitumu, min ton
228,2
115,8
Neft koksu, min ton
97,2
63,2