image-qanunla-reklam
image-1639382056-1156875_7vxiyuyzd3

Azərbaycanda bir, iki və çoxotaqlı mənzillərə dair tələblər müəyyənləşdi

image-lady-day-az

Azərbaycanda bir, iki və çoxotaqlı mənzillərə dair tələblər müəyyənləşib.

Qanunla.Az-ın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.
Normalara əsasən, mənzillərdə yaşayış otaqları və yardımçı sahələr: mətbəx (və ya taxça-mətbəx), holl, vanna otağı (və ya duş) və tualet (və ya birləşdirilmiş sanitar qovşağı), yığnaq otağı (və ya divar təsərrüfat şkafı) nəzərdə tutulmalıdır.

Mənzillərdə otaqların sahəsi aşağıdakılardan az olmamalıdır:

– birotaqlı mənzildə ümumi otaq – 15 m²-dən;

-birotaqlı mənzillərin girişində qarderob – 2,5 m²-dən;

– iki və daha çox otaqlı mənzillərdə ümumi otaq – 16 m²-dən;

– yataq otağı – 8 m² (iki adama – 10 m²-dən);

– mətbəx – 8 m²-dən;

– mətbəx-yemək otağında mətbəx zonası – 6 m²-dən.

Birotaqlı mənzillərdə sahəsi 5 m²-dən az olmayan taxça-mətbəxin layihələndirilməsinə yol veriləcək.

Mansarda mərtəbəsində (və ya maili xarici divarı olan mərtəbədə) yataq otağı və mətbəxin sahəsinin 7 m² -dən az olmamaqla qəbul edilməsinə yol verilir, bu halda ümumi yaşayış otağının sahəsi 16 m²-dən az olmamalıdır.

Yaşayış otaqlarının və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

Mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Dövlət və bələdiyyə sosial təyinatlı və xüsusi təyinatlı mənzil fondunun birotaqlı mənzillərində birləşdirilmiş sanitar qovşağının layihələndirilməsinə yol verilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki