image-qanunla-reklam
image-287b1789893d004a2eef39ce366a4409

Azərbaycanda dəhşətli qəza – Ölənlər var

image-lady-day-az

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qanunla.Az xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Umudov Əflatun Əflan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəyli kəndi ərazisində aşıb.

Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb.

Avtomobildə olan sərnişinlər – 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.

Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.

Sürücü Umudov Əflatun ağır vəziyyətdə Bakıya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki