image-970_50
image-1610775311-vaccine

Azərbaycanda əhalinin neçə faizi vaksinasiya olunub? – RƏSMİ

image-728_90

Azərbaycanda koronavirusla bağlı son statistika açıqlanıb.

Qanunla.Az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.

Məlumata əsasən, vaksinasiya olunan əhalininin sayı 66%, olunmayanlar isə 34% təşkil edir.

Yoluxanların ölkə üzrə statsitikasına görə, 54,8% Bakı, 13% Abşeron, 11,7% Aran, 6,9% Gəncə-Qazax, 3,1% Quba-Xaçmaz, 3,9% Şəki-Zaqatala, 2,5% Lənkəran, 2,3% Dağlıq Şirvan, 1,3% Yuxarı Qarabağ, 0,5% ölkə xarici, 0,08% isə Naxçıvan üzrə qeydə alınıb.

Bakı şəhərində yoluxanlar şəxslərin 14,6%-i Binəqədi, 13,5%-i Xətai, 12,1%-i Yasamal,11,3%-i Sabunçu rayonlarında qeydə alınıb.

Yoxulanların yaş qruplarına görə bölgüsünə əsasən, 22% 30-39, 18% 50-59, 15% 20-29, 40-49, 60-69, 6% 10-19, 4% 70-79, 3% 0-3, 2% isə 80+ yaş qruplarından olan şəxslərdə qeydə alınıb.

Ümumilikdə yoluxanların 53%-ni qadınlar, 47%-ni isə kişilər təşkil edir.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki