image-qanunla-reklam
image-img_20211118_105321

Azərbaycanda erməni terrorçuların məhkəməsinin vaxtı açıqlandı

image-lady-day-az

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları – Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub. 

Qanunla.Az xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası dekabrın 14-nə təyin edilib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada baxılacaq.

Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki