image-qanunla-reklam
image-f7f7a095-1ed4-3961-b425-cee10a19b1a7_850

Azərbaycanda havanın temperaturu 5-8 dərəcə aşağı enəcək

image-lady-day-az

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb.

Xidmətdən Qanunla.Az-a bildirilib ki, sentyabrın 2-si axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s, 3-ü axşamdan arabir 25-30 m/s-dək güclənəcəyi, 4-ü səhər isə zəifləyəcəyi gözlənilir.

Sentyabrın 3-ü axşam, 4-ü gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Rayonlarda sentyabrın 2-si axşamdan 4-ü səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, bəzi Kür vadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki