image-qanunla-reklam
image-fotojet-2021-12-27t124541-353

Azərbaycanda iki nəfər güllələndi

image-lady-day-az

 

Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən sonuncunun qol nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır.

Nazirlikdən verilən daha bir məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə dekabrın 25-də saat 1 radələrində Çarxanlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “TOZ-53” markalı ov tüfəngi götürülüb.

R.Qasımov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki