Azərbaycan dünyada uzaqdan idarə oluna bilən ilk BP dəniz platformasını inşa edir.
Qanunla.Az xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Q.Cons məlumat verib.
Platforma Səngəçal terminalından idarə olunacaq.
Layihə çərçivəsində Mərkəzi Azəri və Şərqi Azəri platformaları arasında suyun dərinliyi təqribən 140 m olan ərazidə 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.
Layihəyə yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil edilən neft və qazı Səngəçal terminalına
ötürmək üçün AÇG Faza 2 sualtı ixrac boru kəmərlərinə birləşdiriləcək.
Bundan əlavə, Mərkəzi Azəri kompressorundan və suvurma platformasından su anbarına vurulan suyun Mərkəzi Şərqi Azəri bloklarına nəqli üçün CVA və Şərqi Azəri platformaları arasında suvurma boru kəməri çəkiləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Q.Cons Mərkəzi Şərqi Azəri platformasının ( Azəri Mərkəzi Şərq , ACE, CVA) yuxarı modullarının dənizə rəmzi göndərilməsi mərasimində iştirak ediblər.