image-qanunla-reklam
image-1695718192-1665733721_1462336_vmjcqcsa3h

“Azərbaycanda monopolistlər var və bu gizli deyil” – Vahid Əhmədov

image-lady-day-az

“16 il bundan əvvəl Rəqabət Məcəlləsi iki oxunuşda qəbul etmişdik. Məcəllənin üzərində çox ciddi işlər getdi, amma üçüncü oxunuşa çıxara bilmədik. Onun da müəyyən səbəbləri var idi. Qəbul etməyə imkan vermədilər”.

“Qanunla.az” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə Rəqabət Məcəlləsinin layihəsi ilə bağlı ictimai dinləmə zamanı deyib.

O bildirib ki, hazırda Rəqabət Məcəlləsi Milli Məclisə daxil olub və onun qəbul olunması çox vacibdir:

“Bəziləri elə fikirləşir ki, bu Məcəllənin qəbul edilməsindən sonra bütün məsələlər öz həllini tapacaq. Bu Məcəllənin qəbul olunmasında bir neçə məqsəd var. Azərbaycanda monopolistlər, inhisarçılar var. Bu, gizli deyil. Bu da ölkəmizin daxili bazarına çox böyük təzyiq göstərir və o da gəlib qiymət siyasətinə dirənir. Azərbaycanda qiymətlərdə ciddi problemlər yaradır. Bu da insanların həyat şəraitinə təsir edir”.

V.Əhmədov sual edib ki, bu Məcəllə qəbul olunduqdan sonra onun işləmə mexanizmi necə olacaq və onu həyata keçirmək mümkün olacaqmı?

“Əsas Məcəlləni həyata keçirən rəqabət orqanıdır. O, qanuna uyğun fəaliyyət göstərsə, çətin məsələdir. Bunu 1-2 ildə həyata keçirmək qeyri-mümkündür. Digər ciddi məsələ bazar payıyla bağlıdır. 50% payla bazara hökmran olmaq çoxdur, bu, 30 faizə endirilməlidir. Bazar payının 50% olması haqsız rəqabətdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki