image-qanunla-reklam
image-0dd58589-4596-357a-960a-5ed488aaffc4_850

Azərbaycanda pambıq yığımında iştirak edən hər 3 kombayndan 1-i dövlətindir

image-lady-day-az

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-də pambıq yığımı ilə əlaqədar hazırlıq işləri tam başa çatdırılıb, mövcud kombaynlara texniki baxış keçirilib, kombaynlarda GPS sistemi quraşdırılıb, həmçinin nasaz vəziyyətdə olan texnikalar təmir edilib. 

Məlumata görə, bu il pambıq yığımına 430 ədəd pambıqyığan kombayn cəlb edilməsi nəzərdə tutulur. Onlardan 143 ədədi (1/3-i) “Aqroservis”ə məxsusdur. Eyni zamanda, yığılan məhsulun qəbul məntəqələrinə operativ daşınması üçün səhmdar cəmiyyəti zəruri sayda traktor və qoşqu vasitələri ayırıb. Ötən illə müqayisədə əlavə olaraq 76 traktor daxil olmaqla ümumilikdə 1 364 traktor2 860 traktor qoşqusu pambıq daşınmasına cəlb edilib.

Taxıl biçinində olduğu kimi pambıq yığımında da kombaynlar yaradılmış dislokasiyaya uyğun olaraq yığımı həyata keçirirlər. Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlıq prosesinin dərhal aradan qaldırılması üçün şirkətlər operativ təmir briqadası yaradıb. Briqada mütəmadi kombaynlara baxış keçirir, təlimata uyğun istismarına nəzarət edir.

Hava şəraitindən asılı olaraq pambıq yığımının operativ, itkisiz, vaxtında yığılıb məntəqələrə çatdırılması planlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki