Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.
“Qanunla.az” apa-ya istinadən xəbər verir ki, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.