Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.
Qanunla.Az xəbər verir ki, hadisə rayonun Uzunboyad kəndində qeydə alınıb.
Polis nəfəri, 1996-cı il təvəllüdlü Təbriz Şahlar oğlu Heybətovu avtomobil vurub. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.