Salyan rayonu ərazində polis əməkdaşı qəzaya düşüb.
Qanunla.Az xəbər verir ki, hadisə Şorsulu kəndində qeydə alınıb.
Belə ki, Cəlilabad Rayon Polis Şöbəsinin baş müstəntiqi, kapitan Gündüz Hacızadə idarə etdiyi “Hunday” markalı avtomobili aşırıb.
Kapitanın vəziyyəti ağırdır.
Hadisə xidmətdən kənar vaxtda baş verib.
Faktla bağlı araşdırma aparılır.