Noyabrın 29-da Füzuli rayon sakini, 1969-cu il təvəllüdlü Zibeydə Mirzəyeva evinin həyətyanı sahəsində yerləşən transformatorun izolyasiya məntəqəsindən toyuq yumurtalarını götürərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bu barədə Qanunla.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.