İsmayıllı rayonunun yüksək dağlıq ərazisində yerləşən kəndlərinə, eləcə də Lahıca gedən yolda güclü qar uçqunu baş verib.
“Qanunla.az” xəbər verir ki, qar uçqunu səbəbindən avtomobillərin hərəkəti tamamilə iflic olub. Hazırda sözügedən ərazidə bir metrə yaxın qar var. Kəndlərdə qar örtüyü avtomobillərlə yanaşı, sakinlərin də hərəkətinə ciddi mane yaradıb.