image-qanunla-reklam
image-fotojet-2

Azərbaycanda qətl hadisəsi ilə bağlı kamera görüntüləri yayıldı – VİDEO

image-lady-day-az

 

Bu il sentyabrın 10-da Göyçay şəhərində 1968-ci il təvəllüdlü Əliyev Əli Əlibala oğlunun qətlə yetirilməsi ilə bağlı görüntülər yayılıb.

Publika.az-ın qətl hadisəsilə bağlı əldə etdiyi görüntülərdə iki gənc oğlan yer alıb.

Qətlə yetirilən Əli Əliyevin bacısı Seyva Əliyeva iddia edib ki, böyük əhəmiyyətə malik sübut olan videogörüntülər qardaşının 2 nəfər tərəfindən bıçaqlanaraq öldürüldüyünü təsdiq etsə də, istintaq orqanı yalnız Göyçay şəhər sakini, 2005-ci il təvəllüdlü Babazadə İsmayıl Müşviq oğlunu saxlayıb:

“Videodan da göründüyü kimi qardaşımı 2 nəfər qətlə yetirib. Hadisə baş verən gün onların ikisi də tutulsa da, sonradan bizə məlum olmayan səbəblərdən Şamilov Nihad Sərdar oğlu sərbəst buraxıldı”.

S.Əliyeva bildirib ki, videokadrlardan hadisəni törədən 2 nəfərin Əli Əliyevin yaşadığı evin qarşısında onunla mübahisə etməsi, N.Şamilovun əvvəlcə İsmayılı irəli itələyərək ilk bıçaq zərbəsi endirməyə şərait yaratdığı görünür:

“Videoda hər şey aydın şəkildə məlum olur. Nihad İsmayılı əvvəlcə önə itələyir ki, qardaşımı bıçaqlasın, daha sonra onun ardınca yaxınlaşaraq özü də bıçaq zərbəsi vurur. Əvvəlcə İsmayıl, sonra isə Nihad hadisə yerindən qaçır. Bütün bunlar onu göstərir ki, qətl cinayəti bu iki şəxsin birgə iştirakı ilə törədilib”.

O da məlum olub ki, hadisəni törədən şəxslərdən biri olan İsmayıl Babazadənin ailəsinin Ə.Əliyevə 1500 manat borcu olub. O, pulu istədiyinə görə qarşı tərəflə münaqişə yaranıb. Ürək, qaraciyər və çənə nahiyəsindən 3 bıçaq xəsarəti alan Əli Əliyev Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev xəstəxanada ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki