image-qanunla-reklam
image-1669884821-1644497543_erzaq

Azərbaycanda strateji malların siyahısı hazırlanır

image-lady-day-az

Azərbaycanda strateji əhəmiyyətli malların siyahısı hazırlanır.

“Qanunla.az” xəbər verir ki, bunu Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov deyib.

O bildirib ki, bu malların siyahısına ərzaq ehtiyatı, tibbi, dərman vasitələri, enerji ehtiyatları, neft məhsulları və digər məhsullar daxildir.

H.Əzimov qeyd edib ki, bu istiqamətdə qanun layihələri işlənib hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Sədr müavini əlavə edib ki, burada əhalinin qida tələbatı, ərzağın saxlanma müddətləri də nəzərə alınır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki