image-qanunla-reklam
image-dsc_2000

Azərbaycanda valideynlərin xəbəri olmadan övladları başqa məktəbə yerləşdirilib

image-lady-day-az

 

Abşeron rayonu, Xırdalan şəhərində valideynlər övladlarının onlardan xəbərsiz Xırdalan şəhər 2 nömrəli məktəbə köçürülməyindən narazıdırlar.

Məsələ ilə bağlı müraciət edən valideynlər bildiriblər ki, onların övladları Xırdalan şəhər 3 nömrəli məktəbin rus bölməsi üzrə birinci sinfinə qəbul olublar. Dərslərin başlamasına 2 gün qalmış isə valideynlərə xəbər verilib ki, onların övladları 3 yox, 2 nömrəli məktəbdə təhsil alacaqlar. Övladlarının evlərindən nisbətən uzaq məsafədə yerləşən məktəbə yerləşdirilməsinə etiraz edən valideynlərə isə bildirilib ki, bu vəziyyət müvəqqətidir.

Məsələ ilə bağlı Abşeron Rayon Təhsil Şöbəsindən cavab olaraq bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri başqa məktəbə yerləşdirilib:

“Belə ki, şagird sıxlığı ilə əlaqədar olaraq məktəbin rus bölməsinin bəzi ibtidai sinifləri dərslərin tədrisinə Xırdalan şəhər 3 nömrəli məktəbdə davam edəcəklər. Şagirdlərin yerdəyişməsi müvəqqətidir və məsələ ən qısa zamanda həll olunacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki