image-qanunla-reklam
image-5ff2aa3f-3bb8-3497-b99a-0cd6b34f3dee_850

Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının yeni siyahısı hazırlanır

image-lady-day-az

Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının yeni siyahısı müəyyənləşdirilir.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, bu, yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin variantında əksini tapıb.

Yeni sənədin 12-ci maddəsinə əsasən, uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları, gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən pəhriz qida məhsulları, insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədi ilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları xüsusi təyinatlı qida məhsullarına aid edilir.

Xüsusi təyinatlı qida məhsulları qida təhlükəsizliyinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməli və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra dövriyyəyə buraxılmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki