image-qanunla-reklam
image-ilham-eliyev-forum1

Azərbaycanın 2024-cü ildə əldə etdiyi siyasi və iqtisadi uğurlar dövlətin düzgün strateji yol seçdiyini bir daha təsdiq edir

image-lady-day-az

Azərbaycanın 2024-cü ildə əldə etdiyi siyasi və iqtisadi uğurlar dövlətin düzgün strateji yol seçdiyini bir daha təsdiq edir

Xarici havadarlarının dəstəyi ilə Ermənistan bir müddət qanunsuz işğalını davam etdirsə də, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qətiyyətli mövqeyi və strateji siyasəti sayəsində bu planları tamamilə iflasa uğratdı. Dövlətimizin prinsipial siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq Ermənistanın işğalçı niyyətlərini alt-üst etdi. Azərbaycanın həyata keçirdiyi ardıcıl və məqsədyönlü addımlar hərbi-siyasi və diplomatik müstəvidə möhtəşəm qələbələrimizi şərtləndirdi. Bu yanaşma beynəlxalq ictimaiyyətə Azərbaycanın ədalətli mübarizəsinin hüquqi və mənəvi baxımdan tam haqlı olduğunu sübut etdi. Eyni zamanda, Azərbaycan dövləti bölgədə sülh və sabitliyin əsas təminatçısı kimi öz mövqeyini daha da gücləndirərək həm regionda, həm də beynəlxalq miqyasda nüfuzlu strateji tərəfdaş kimi tanındı.

Dövlət başçısının diqqət çəkdiyi digər mühüm məsələ isə Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsidir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı verdiyi açıqlamalar Azərbaycanın bu bölgələrin yenidən qurulması istiqamətində ciddi addımlar atdığını göstərir. Bərpa işlərinə ayrılacaq maliyyə vəsaitinin miqdarı və daha çox vəsaitin sərf edilə biləcəyi vurğulanıb, bu da Azərbaycanın bərpa prosesinə olan ciddi yanaşmasını nümayiş etdirir. Həmçinin, keçmiş köçkünlərin evlə təmin edilməsi və müxtəlif sahələrdə işlə təmin olunmaları azad edilmiş ərazilərin sosial-iqtisadi baxımdan inkişaf etdirilməsi üçün atılan mühüm addımlardır. Bu addımlar, həmçinin regionun yenidən qurulması və sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın 2024-cü ildə əldə etdiyi siyasi və iqtisadi uğurlar dövlətin düzgün strateji yol seçdiyini bir daha təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyi, siyasi müstəqilliyinin əsas təminatıdır. Qeyri-neft sektorunun inkişafı, valyuta ehtiyatlarının artırılması və ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar Azərbaycanı regionun lider ölkəsi mövqeyinə yüksəldir. Cari ildə həm iqtisadi, həm də siyasi sahələrdə daha böyük uğurların əldə edilməsi planlaşdırılır. Bu, xalqın sosial rifahını artırmaq və dövlətin regional liderlik mövqeyini gücləndirmək üçün möhkəm bir zəmin yaradır.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib

Yanvarın 7-də baş tutan müsahibə zamanı dövlətimizin başçısı jurnalistlərin ünvanladığı hər bir sualın cavabını çox geniş şəkildə təhlil edərək geniş ictimaiyyətə çatdırdı. Jurnalistlərin birbaşa Prezidentlə təması və onları düşündürən suallara cavab verilməsi dünya praktikasında çox az rast gəlinən haldır. Bununla da Prezident İlham Əliyev mətbuata və ictimaiyyətə açıq olmaqla öz xalqını sevən Lider olduğunu bir daha sübut etmiş oldu.

Dövlətimizin başçısı müsahibəsində geosiyasi və geoiqtisadi məsələlərin təhlilini verdi və bununla da hər kəs müasir qlobal nizamda Azərbaycanın yerini və rolunu aydın şəkildə görmək imkanını əldə etdi. Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri Azərbaycanın nəqliyyat-kommunikasiya qovşağına çevrilməsi, Avrasiyada enerji təhlükəsizliyinin təmin olunmasında açar dövlətə dönüşməsi, milli maraqlarını müdafiə etmək üçün Fransa kimi böyük dövlətlərlə belə baş-başa gələ bilməsi, qalib ölkə kimi vətəndaşlarının qürurla yaşadığı və fəxr etdiyi dövlət vəziyyətinə gəlməsi kimi reallıqların dərk olunmasına vəsilə oldu. Bir sözlə, Prezident İlham Əliyev son müsahibəsi ilə hər kəsdə dünyanın bu günü və gələcəyi, bu fonda isə Azərbaycanın yeri və rolu barədə aydın təsəvvürlər formalaşdırdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq siyasət aparır və bunun nəticələri, uğurları və gözləntiləri barəsində media vasitəsilə geniş ictimaiyyət məlumatlandırılır. Ölkə Prezidentinin yerli televiziya kanallarına müsahibəsi ənənə halı alıb. Belə ki, dövlətimizin başçısı aparıcı yerli televiziya kanallarının əməkdaşlarına müsahibələr verir və aktual mövzulara dair sualları çox dolğun şəkildə cavablandırır. Əslində yerli televiziya kanallarının əməkdaşlarının dövlətimizin başçısına ünvanladığı suallar ölkə, region və beynəlxalq ictimaiyyəti maraqlandıran çox əhəmiyyətli məsələlərdir. Azərbaycan Prezidentinin müsahibəsi yeni dövrün başlanğıcında yeni hədəflərin açıqlanması baxımından da böyük önəm kəsb edir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ən mühüm məqam isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb.

Prezident İlham Əliyev müsahibə zamanı Qarabağda və Şərqi Zəngəzurda 2025-ci ildə həyata keçiriləcək layihələr, planlar barədə də geniş məlumat verdi, işğaldan azad edilmiş ərazilərdə əsas infrastruktur layihələrinin yaxın bir-iki il ərzində yekunlaşacağını bildirdi. Bu barədə dövlətimizin başçısı da müsahibəsində qeyd etdi. Ən çox vəsait bu layihələrə gedir. Təbii ki, bütün bu layihələri uğurlu sosial-iqtisadi siyasət nəticəsində həyata keçirə bilirik. Həmçinin əminliklə deyə bilərik ki, xalqımızın sosial rifah halının yaxşılaşdırılması ümumilikdə Azərbaycanda yürüdülən siyasətin ana xəttini təşkil edir. Qeyd etdiyimiz reallıqlar, o cümlədən 2003-cü ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki