image-qanunla-reklam
image-174362717_1754403138074597_6466088897337256691_n

Azərbaycanın gələcəyini etibar edəcəyimiz şəxsiyyətlər yetişdirməyə davam etməliyik

image-lady-day-az
Bütün bunların da kökündə fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunan gənclərimizin yetişdirilməsi durur. Biz də bu müvəffəqiyyətli inkişafa nail olmaq üçün tədris müəssisələrində təlim-tərbiyə işini dövlətin maraq və tələbatına uyğun qurmalıyıq. Bütün fənlərlə yanaşı, fiziki tərbiyə dərslərinin tədrisində də xırda detallara belə ustalıqla fikir verməli və tətbiq etməliyik. Çünkü, orta məktəblərdən, xüsusən də ibtidai siniflərdən qoyulan mükəmməl bünövrə heç zaman sarsılmır. Dövlətin fiziki tərbiyə və idmanın inkişafına göstərdiyi yüksək diqqətə müvafiq olaraq məktəblərdə fənnin tədrisi keyfiyyətini yüksəltmək üçün peşəkarlıq imkanlarımızı artırmalıyıq. Məktəblərdə idman sahəsində kütləviliyə və fiziki tərbiyənin tədrisində müvəffəqiyyətə nail olmaq üçün yeni texnologiyalar işlənib hazırlanmalı, idman müəllimləri və mütəxəssislərin istifadəsinə verilməlidir. Tədqiqatçılar, idman mütəxəssisləri, elm adamları araşdırmalarını və tədqiqatlarını müasir dünyanın tələbatlarını ödəyəcək standartlar çərçivəsində qurmalıdır. Faydalı məsləhət və təkliflərlə məktəblərdə fiziki tərbiyənin inkişafına yeni tövhələr verməli, bu sahədəki çatışmazlıqların aradan qaldırılmasında yaxından iştirak etməlidirlər. Bu müasir dövrdə bizim üzərimizə düşən ən ümdə vəzifələrdən biridir. Çünki, bu gün formalaşan nəsil gələcək Azərbaycandır.
ADBTİA-nın prorektoru,
professor Yusif Babanlı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki