image-qanunla-reklam
image-neft-fondu

Azərbaycanın Neft Fondunun gəlirləri AÇIQLANDI

image-lady-day-az

2021-ci ilin ilk yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 886 100 000 manat, büdcə xərcləri isə 4 708 700 000 manat təşkil edib.

Fonddan Qanunla.Az-a verilən məlumata əsasən, ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 959 100 000 manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 175 000 000 manat, bonus ödənişləri 768 600 000 manat, tranzit gəlirləri 10 800 000 manat, akrhesabı ödənişlər 4 700 000 manat təşkil edib.

Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 927 000 000 manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1 258 200 000 manat təşkil edib.

Bu dövr ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 4 696 700 000 manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1 400 000 manat yönəldilib. ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10 600 000 manat təşkil edib.

2021-ci il iyunun 30-a fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 564 300 000 ABŞ dolları) nisbətən 1,24 faiz artaraq 44 104 900 000 milyon ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki