Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var.
Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq ölkəmizi beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Bu da onu deməyə əsas gətirir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir.
Azərbaycan bir çox inkişaf etmiş ölkələrlə, xüsusilədə Çinlə mühüm əlaqələr qurur. Azərbaycan və Çin arasında əlaqələri hələ ötən əsrdən başlayaraq öz inkişaf yoluna qədəm qoymuşdur, Azərbaycanın BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla münasibətdə mövqeyi, ölkəmizin təhlükəsizlik, ticarət, iqtisadi inkişaf nöqteyi-nəzərindən Qlobal Cənubla bağlı aparılan müzakirələrə münasibəti ölkəmizin beynəlxalq arenada getdikcə daha çox çəkiyə malik olduğunu göstərir.
Azərbaycanın həm BRICS-in, həm də dialoq üzrə tərəfdaş statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətləri ilə çox yaxşı və dost münasibətləri var. Qeyd edək ki, BRİCS təşkilatı iqtisadi bir təşkilatdır. Bu təşkilata üzv olan ölkələrə nəzər saldıqda arealının geniş olduğunu görmək olar. Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Təşkilatın builki sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.
Bundan başqa, ölkəmizin coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə verdiyi töhfələr nöqteyi-nəzərindən əhəmiyyətlidir. Çin və Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın üzərində fəal iş apardığı məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir və praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilər. O cümlədən ölkəmizin COP29-a ev sahibliyi beynəlxalq münasibətlər sistemində müstəsna yerinin və rolunun nümayişi oldu. 197 ölkədən 80 dövlət və hökumət başçısının bu tədbirdə iştirakı Azərbaycana beynəlxalq dəstəyin hansı səviyyədə olduğunu təsdiqlədi. Bir daha sübut olundu ki, ölkəmiz qlobal problemlərin həllində qlobal birliyə çağırışını atdığı real addımları ilə nümayiş etdirir. Daim xalqlar və dövlətlər arasında əməkdaşlığa, yeni körpülərin qurulmasına çağırışlar edən Azərbaycanın bütün qitələrdə dostlarının sayı artır, ənənəvi tərəfdaşlarla münasibətləri daha da inkişaf edir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru
Əldə olunan gəlirlərlə yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya qoyulur.
Azərbaycanın qlobal kontekstdə mövqeyi güclənib . Bu gün “təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur. Dayanıqlı enerji gələcəyi ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır.
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Həmçinin 5 min meqavata qədər, yəni 5 qiqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır. Bizim əsas investorlarımız Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də bizimlə çalışır. Ölkəmizin istər Xəzər dənizində, istərsə də quruda bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialı var. Azərbaycan, həmçinin “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı hədəfləyib. Bir sözlə, Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv mərhələsindədir.
Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmir və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.
Onu da qeyd etmək lazımdır ki bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Günəş panelləri Çində istehsal olunur. İndi heyətlərimiz enerjinin tədarükü imkanları üzərində işləyirlər və ən yaxşı batareyaların Çində istehsal olunduğunu müəyyən olunub. Bu möhtəşəm uğurdur, çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir. Heç kim bu rəqabəti apara bilmir.
Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilib.
Bu gün Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir ki, dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı da qeyd olunanların təsdiqidir Strateji baxımdan mühüm geosiyasi məkanda – Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq nəqliyyat-kommunikasiya xətlərinin kəsişməsində yerləşməsi Azərbaycanı əsrlər boyu transmilli dünya güclərinin xüsusi maraq dairəsində saxlamışdır.
Əlverişli coğrafi mövqeyi Azərbaycana malik olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev mövcud reallığı müstəqil Azərbaycan dövləti üçün əsas şanslardan biri kimi düzgün dəyərləndirərək ondan həm yeni neft strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya siyasətinin həyata keçirilməsində başlıca amil kimi məharətlə istifadə etmişlər. Hazırda Azərbaycanın dünya dövlətləri, güc mərkəzləri ilə münasibətlərinin təməlində məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin strateji maraqlarının yüksək səviyyədə təmin olunmasında aparıcı rol oynayır.
Şərq-Qərb və Şimal-Cənub kimi beynəlxalq səviyyəli marşrutlar respublikamızın ərazisindən keçir. Bu, Orta Dəhlizdə Azərbaycanın önəmini artıran amillərdən biridir.
Orta Dəhliz marşrutu ilə respublikamıza gələn yüklər buradan həm Şimal-Cənub, həm də Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Dünya miqyasında Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Trans-Xəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması kimi amillər transmilli şirkətlərin ölkəmizə marağını daha da artırıb. Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarıdır.
Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək.
Tamam Xaspolaova- Zərdab rayon Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbinin direktoru
Azərbaycan və Çin strateji tərəfdaşlıq üzrə Bəyannamə qəbul ediblər.
Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləməkdədir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr quran Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində münasibətləri yüksələn xətlə inkişaf edir.
Beynəlxalq baxışın yüksək səviyyədə olması Azərbaycana böyük inamın, etimadın göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkələrin dövlət başçılarının şəxsi dostluq münasibətləri də əlaqələrin möhkəmlənməsində, yeni prioritetlər üzrə inkişafında əsas faktorlardan biridir. Bu gün Azərbaycan-Çin münasibətlərinin fonunda həm ölkələrin, həm də liderlərin şəxsi dostluq münasibətlərinin yol açdığı uğurları görürük. Onun bariz nümunəsidir ki, cənab Prezident İlham Əliyevin Çin, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan liderləri ilə keçirdiyi görüşlər münasibətlərimizin dünəninin, bu gününün və onların əsasında perspektivlərin aydın mənzərəsini yaradır. Bu görüşlər Azərbaycanın, onun Prezidentinin beynəlxalq nüfuzunun təsdiqidir. Bu mühüm məqam beynəlxalq səviyyədə də qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəlir. Təbii ki, bu diqqəti şərtləndirən xeyli sayda amillər mövcuddur. Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması, yerləşdiyi coğrafi məkan, ölkələr, xalqlar arasında qurduğu yeni körpülər daim yeni əməkdaşlıq formatlarının yaradılmasını şərtləndirir.
Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Dövlətimizin başçısı ilə Çin Lideri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq.
Bu gün Azərbaycan-Çin münasibətlərinin qısa təhlili əsasında bu qənaətini açıqlayıb ki, qarşılıqlı etimad münasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Bu əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Əməkdaşlığın inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin də rolu böyükdür. Ümumilikdə, dövlət başçısı İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü iki ölkə arasında dialoqu daha da intensivləşdirəcək, strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru