image-qanunla-reklam
image-eliyev-musahibe

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var

image-lady-day-az

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var.

Azərbaycanın xarici siyasətinin bir istiqaməti də Qərblə, həmçinin Asiya regionu ilə münasibətlərin uğurlu inkişafına töhfə verməyə xidmət edir. Ənənəvi Davos İqtisadi Forumu bu il də yanvarın 20-dən 24-nə kimi yenidən İsveçrədə keçirildi. Sayca 55-ci olan Forum bu dəfə «Ağıllı əsr üçün əməkdaşlıq» devizi altında toplaşıb. Forum hazırkı dövrün əsas çağırışlarının müzakirəsində, birgə qərarların qəbul edilməsində mühüm paltforma kimi diqqətdədir. Ölkəmizin imkanlarının təbliği üçün ən yaxşı platformalardan biri olan Davos Dünya İqtisadi Forumunda iştirak etmək üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev İsveçrə Konfederasiyasına səfərə gəldi.

Hazırda Azərbaycanın Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin möhkəmlənməsi həyata keçirilən çoxvektorlu xarici siyasətin praktik və mühüm uğurlarıdır. Bunların sırasında Çinlə münasibətlərin xüsusi yeri olduğunu qeyd etmək lazımdır. Bu gün ölkəmizdəki iqtisadi inkişaf, sabitlik bütün dünyada təqdir edilməkdədir. Şübhəsiz, bu Davos İqtisadi Forumu da ölkəmizin iqtisadiyyatına, biznes əlaqələrinə, ümumilikdə isə dövlətimizin beynəlxalq iqtisadi münasibətlərinə yeni nüanslar əlavə edəcək və  bu da ölkə iqtisadiyyatının gələcək inkişafını daha da sürətləndirəcək.  Bütün bunlar da vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşdırılmasına növbəti töhfə verəcək. Azərbaycan və Çin arasında münasibətlər möhkəm siyasi fundamental və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə hörmətə əsaslanır. Rəsmi Bakı və Pekin qlobal arenada separatizmin dəstəklənməsi və ikili standartlara əsaslanan siyasətin aparılması tendensiyalarına qarşı çıxırlar və bu məsələdə vahid mövqe nümayiş etdirirlər. 2024-cü ildə Azərbaycan və Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə, rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə qaldırdılar. Prezident cənab İlham Əliyevin sözləri ilə ifadə desək, “Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”.

Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycanın bu təşkilatdakı statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Şanxay Əməkdaşlıq Təşkilatınına üzv dövlətlərin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, Azərbaycanın coğrafi mövqeyi, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəsi nöqteyi-nəzərindən əhəmiyyətli olacaqdır.

Zərdab rayon Qoruqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Əliheydər Abbasov

 

Ümumdünya Ticarət Təşkilatına daxil olmaq böyük bir prosesdir.

Prezident cənab İlham Əliyevin Davosda Çin CGTN telekanalına verdiyi müsahibədə Ümumdünya Ticarət Təşkilatına daxil olmanın önəmi və bunun Azərbaycana gətirəcəyi faydalar haqqında danışması, ölkənin qlobal iqtisadiyyatla inteqrasiyasının əhəmiyyətini bir daha vurğuladı. Bu mürəkkəb prosesin iqtisadi, siyasi və sosial nəticələri həm Azərbaycanın gələcəyi, həm də beynəlxalq münasibətlərdəki mövqeyini müəyyənləşdirəcəkdir. Bu təşkilata üzv olmaq, Azərbaycana qlobal bazarlara daha asan çıxış imkanı verəcək, yerli istehsalçılara dünya miqyasında rəqabət qabiliyyəti qazandıracaqdır. Ölkə başçısı müsahibəsində bildirdi ki, Ümumdünya Ticarət Təşkilatına üzvlük, ölkənin ticarət siyasətini daha şəffaf və qarşılıqlı etimadlı etməyə imkan yaradacaq. Bu, Azərbaycanın dünya iqtisadiyyatına daha dərin inteqrasiyasına və ticarət əlaqələrinin genişlənməsinə xidmət edəcək. Bununla yanaşı, təşkilata  üzvlük, Azərbaycana xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayacaq.

Prezident cənab İlham Əliyev, Azərbaycanda həyata keçirilən islahatların Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun olduğunu və ölkənin beynəlxalq ticarət mühitində iştirak etməyə tam hazır olduğunu vurğuladı. Bu, Azərbaycanın siyasi və iqtisadi sabitliyini göstərir və ölkənin qlobal bazarlarda daha effektiv iştirakını təmin edir. Nəticə olaraq, Ümumdünya Ticarət Təşkilatına üzvlük, Azərbaycanın iqtisadiyyatını müasirləşdirəcək, ticarət əlaqələrini genişləndirəcək və qlobal iqtisadiyyatda daha güclü bir mövqe qazanmasına şərait yaradacaq. Prezident cənab İlham Əliyevin Davosda verdiyi müsahibə, Azərbaycanın bu istiqamətdə atdığı mühüm addımların və beynəlxalq aləmdəki mövqeyinin aydın təsviridir. Bu proses, həmçinin Azərbaycanın gələcək inkişafı üçün mühüm bir mərhələ olacaqdır.

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru-Nailə əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki