image-qanunla-reklam
image-1634493047_media-849b929d-5b94-382c-a381-bb70aa03ecfd_850-r5wpm73b86z2f0goitxu

AZƏRBAYCANIN UĞURULARI DAVAMLIDIR

image-lady-day-az

AZƏRBAYCANIN UĞURULARI DAVAMLIDIR

Qoşulmama Hərəkatının təməlində sülh, qlobal həmrəyliyin möhkəmləndirilməsi , bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib. Ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Azərbaycanın təklifi ilə koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiya keçirilmişdir. Azərbaycan pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib, 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb,bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamənin qəbul edilməsinə nail olub. Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Qırx dörd günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Qoşulmama Hərəkatı ölkələri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyini ifadə etmişdir.
Bu dəstəyin təzahürüdür ki, Azərbaycana daha 1il təşkilata rəhbərlik təklif olunmuşdur.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs verir

Sirr deyil ki, Hərəkat son on illərdə ən qüdrətli çağını məhz Prezident İlham Əliyevin sədrliyi dönəmində keçirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatına üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir. Bu məsələ toxunan dövlət başçısı “Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Biz 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişik. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir”, – deyə vurğulayıb.
Eyni zamanda Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının hazırkı dünyadakı proseslərdə əhəmiyyətli beynəlxalq platforma olmasının aktuallığından danışaraq, bir sıra təşəbbüslərlə çıxış edib. Prezident İlham Əliyevin pandemiyadan sonrakı dövr üçün Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə QH-nin yüksək səviyyəli görüşünün təşkil edilməsi, QH-nin COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması, QH-nin təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələrin keçirilməsi, QH üzvlərinin parlamentariləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, QH-nin gənclər şəbəkəsinin formalaşdırılması kimi təşəbbüsləri BMT-dən sonra ən böyük ikinci beynəlxalq platformada yüksək diqqətlə qarşılanıb.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet
yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi

Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə “soyuq müharibə” başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Digər tərəfdən, 2011-ci ildə Qoşulmama Hərəkatına daxil olmağımızla bağlı qərar Azərbaycan üçün xarici siyasət davranışında prioritet yeri tutan Ermənistanla münaqişə kontekstində çox vacib idi. Hadisələr göstərdi ki, Prezident İlham Əliyev 10 il əvvəl Azərbaycanı dünyanın ən böyük ikinci təşkilatına üzv etməklə illər sonrakı qələbənin əsasını qoydu.
Budəfəki Zirvə Toplantısındakı çıxışı zamanı da Azərbaycan Prezidenti Ermənistanın 30 il ərzində apardığı işğalçılıq siyasətinə toxundu, bunu BMT və Qoşulmama Hərəkatının Bandunq prinsiplərinə zidd olduğunu qeyd etdi. Eyni zamanda Ermənistanın beynəlxalq platformadakı növbəti ifşası zamanı Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində şəhər və kəndləri qəsdən dağıtdığını, bütün mədəni və dini abidələri məhv etdiyini bütün dünyanın diqqətinə çatdırdı.
“Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb…Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi”, – deyə Azərbaycan Prezidenti çıxışında qeyd etdi.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur

Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürməsi, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olması, “peyvənd millətçiliyinə” qarşı çıxması, üzv dövlətlər üçün aktual mövzularının həlli istiqamətində apardığı siyasət sözsüz ki, Azərbaycan dövlətinin nüfuzunun daha da yüksəlməsində mühüm rol oynamaqdadır.
Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz bu səbəbdəndir ki, Qoşulmama Hərəkatına üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bu, həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, Qoşulmama Hərəkatı üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.
Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. 2021-ci ildə Qoşulmama Hərəkatı üzvləri Azərbaycana müraciət edərək, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş edib, Azərbaycan isə bu təkliflə razılaşıb. Qoşulmama Hərəkatının bu ilin iyulunda virtual formatda keçirilmiş Xarici İşlər Nazirlərinin Aralıq Konfransında Hərəkat üzvləri yekdilliklə Azərbaycanın sədrliyinin daha 1 il – 2023-cü ilə qədər uzadılması haqqında qərar verib.
Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi təsadüfi deyil, bu, Qoşulmama Hərəkatı üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürüdür.
Hərəkat üzvlərinin Azərbaycan sədrliyinin əlavə olaraq bir il müddətinə uzadılması haqqında qərarı həm də Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Azərbaycan isə öz növbəsində Qoşulmama Hərəkatı ölkələrinin bu etimadını yüksək qiymətləndir və təşkilata sədrliyini uğurla davam etdirir.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Beynəlxalq münasibətlər sisteminin önəmli təsisatı

Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı  konkret tarixi şəraitdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir. Qoşulmama Hərəkatı yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilmişdir.
Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. Qoşulmama Hərəkatı BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur. Hərəkata sədrlik müxtəlif regional qruplardan olan dövlətlər arasında üç ildən bir əvəzləmə edir. Eyni zamanda, Büro sədri BMT TŞ-nin iclaslarında iştirak edə və təşkilata üzv dövlətlər üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi zamanı Qoşulmama Hərəkatının vahid mövqeyini ifadə edə bilər. Hərəkatın müxtəlif mövzuları üzrə İşçi və Əlaqə Qrupları və Komitələr mövcuddur. Bu qrupların əsas məqsədi Hərəkatın fəaliyyətinə töhfə verməkdir.
Təşkilatın üzv olmaq istəyən dövlətin Dövlət və ya Hökumət başçısı və ya xarici işlər naziri Qoşulmama Hərəkatının Sədrinə yazılı şəkildə müraciət edir və müraciət əsasında məsələ Hərəkatın Sammiti və ya Nazirlər Görüşünə çıxarılır. Üzvlüklə bağlı qərar konsensus yolu ilə qəbul edilir. Təşkilata yeni üzvün qəbulu zamanı heç bir üzv dövlət əleyhinə olmamalıdır.

Alim Qasımov- Çallı kənd tam orta məktəbin tarix müəllimi

 

Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.
Azərbaycan Qoşulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Azərbaycanın güc və potensialının dünya birliyi tərəfindən etiraf olunması

Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Bu hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Dünyada baş verən mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb. Artıq 10 ildir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatına üzv qəbul edilib. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb və bunun nəticəsidir ki, 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edilib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlamasından sonra dünyanın ikinci ən böyük təşkilatında ciddi canlanma baş verdi. Təsadüfi deyil ki, Prezidentimiz cənab İlham Əliyevin Qoşulmama Hərəkatına verdiyi töhfə üzv dövlətin liderləri tərəfindən yüksək qiymətləndirilməkdədir.
Cənab Prezidentimizin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il iyulun 13-də onlayn formatda keçirilmiş aralıq konfransında çıxışında təşkilatın nüfuzunun yüksəlməsi, eləcə də Azərbaycanın üzv dövlətlərlə münasibətlərə necə önəm verməsini bir da ortaya qoydu.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü üçün müfəssəl və ambisiyalı qlobal fəaliyyət planı hazırlaması, lakin COVİD-19 pandemiyasının dünyanı bürüməsi, yeni vəziyyətə Azərbaycanın cəld və adekvat reaksiyası, Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunu yüksəlməsi istiqamətində uğuru kimi səciyyələndirilir.

Gülağa İsgəndərov-Rayon təhsil şöbəsinin müdiri

 

 

Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb

2021-ci il oktyabrın 11-də Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunmuş konfransda dövlətimizin başçısı cənab İlham Əliyevin videoformatda çıxışı təqdim edilib.
Öz çıxışında cənab Prezidentimiz “Azərbaycanın şanlı Qələbəsinin beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsi olduğunu” bir daha bildirmişdir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilin işğalına tarixi Zəfərimizlə son qoyulması Azərbaycanın regionda, dünyada yeri və roluna yeni əlavələr etdi, qalib, yeni reallıqlar yaradan ölkə olaraq diktə edən tərəf kimi çıxış etməsini şərtləndirdi. Azərbaycan bir daha işğalçı Ermənistana və ona 30 il azmış kimi bu gün dəstək verməkdə davam edən dövlətlərə mesajlarını çatdırdı.
Azərbaycan Ordusu dövlət başçımızın, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində 44 gündə işğala son qoydu, 28 ildən artıq icrasını gözləyən BMT qətnamələrini təkbaşına icra etdi, haqq, ədalət bərpa olundu. Bu gün yeganə məqsəd ermənilərin işğaldan azad edilmiş ərazilərimizdə törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə elə həmin dövlətlərin, təşkilatların təmsilçilərinin vasitəsilə çatdırmaqdır.
Azərbaycan hər zaman Ermənistana və ona havadarlıq edən dövlətlərə reallıqlarla barışmağa, sülhə, təhlükəsizliyə töhfələr verməyə çağırışlar edir. Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünya xalqlarının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq hüquqa hörmət, siyasi müstəvidə yer alan aktual məsələlərə ədalət prinsipləri baxımından yanaşılması daha vacibdir.
Qoşulmama Hərəkatı dünyanın nizamını pozan terrorçuluğa, separatizmə, milli və ərazi münaqişələrinin alovlanmasına qarşı mübarizədə BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir.
Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə münaqişənin hərbi yolla həllinin mümkün olduğunu, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığını nümayiş etdirdi.
Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Abbas Nağıyev –Dəli Quşçu kənd sakini, ağsaqqal

 

QOŞULMAMA HƏRƏKATININ ARTAN BEYNƏLXALQ NÜFUZU

Milli maraqlara əsaslanan xarici siyasət kursu həyata keçirən müstəqil Azərbaycanın uğurla təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır. Respublikamız 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv kimi qəbul olunub və həmin vaxtdan etibarən qurumun fəaliyyətinə öz töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib.
BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsi hesab edilir.
2021-ci il 11 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib. Sülh və ədalət prinsiplərini təbliğ edən təsisatın toplantısında çıxış edən Prezident İlham Əliyev bildirdi ki, “Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etsəydilər, onda biz dünyada müharibələr və münaqişələr görməzdik”. İlham Əliyev, zor tədbiq etməklə digər dövlətlərin ərazi bütövlüyünə təcəvüz edilməsinə Beynəlxalq qurumların riyakarlıq və ikili standartlarla yanaşmasını qınadı: “Zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi.
Məsuliyyətli ölkə olaraq Azərbaycanın göstərdiyi önəmli beynəlxalq təşəbbüslərini diqqətə çatdıran Prazident, qeyd etdi ki, Azərbaycanın güc və potensialı dünya birliyi tərəfindən etiraf olunur: “Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, bilavasitə Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür”

Könül Rəhimova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

Azərbaycan pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb

2021-ci il 11 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli toplantıda Son illər XXl əsrin bəlasına çevrilən koronavirus xəstəliyinə görə elan edilən pandemiya ilə bağlı Azərbaycanın pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürdüyünü bildirən Prezident İlham Əliyev qeyd etdi ki, “Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüş və onu təşkil etmişdir. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir.
Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.
Azərbaycan “peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə edir. Belə hərəkətlər Qoşulmama Hərəkatına üzv ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır.

Xanım İmanova-Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ARTIQ ÖZ HƏLLİNİ TAPIB

2021-ci il 11 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli toplantısındakı çıxışında İlham Əliyev, Qoşulmama Hərəkatına üzv dövlətlərin, İkinci Qarabağ savaşında 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Şanlı Ordumuz tərəfindən azad olunmasında, ölkəmizin ərazi bütövlüyü və suverenliyini  dəstəkləmələrini yüksək qiymətləndirdi: “Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsi münasibətlərimizin davamlı olması üçün zəmin yaratmışdır. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisədir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdilər.
Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb və keçmişdə qalıb. 2020-ci il sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi, 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
2021-ci il 11 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli toplantı, həm də Azərbaycanın sədrliyi dövrü, Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək Azərbaycan üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlir.

Nicat Əhmədzadə-mədəniyyət işçisi

 

Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı

2020-ci il sentyabr ayının 27-də təcavüzkar Ermənistan Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində işğal olunmuş torpaqlarımızı mənfur düşməndən azad etdi. 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Biz illərdir yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdik, 30 illik münaqişəyə son qoyduq və hərbi-siyasi yollarla ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdik. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Bəli Dağlıq Qarabağ münaqişəsi artıq, gerçəkdən də yoxdur. Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazisində, Dağlıq Qarabağda və ətrafdakı rayonlarda olması idi və bu işğal 30 ilə yaxın davam etdi. Ötən ilin sentyabrın 27-də başlayıb noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə başa çatan Vətən Müharibəsi Ermənistanın işğalçılığına son qoydu. Hazırda Azərbaycan ərazilərində Ermənistanın hərbi birləşmələri yoxdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin vurğuladığı kimi “Dağlıq Qarabağ münaqişəsindən söhbət düşəndə biz yalnız onu deməliyik ki, bu münaqişə keçmişdə qalıb. Bu, artıq tarixdir”.
Bu qətiyyətli hökmün məna yükü ondan ibarətdir ki, Azərbaycan ərazisindəki münaqişə keçmişdə qalıbsa, deməli, statusla bağlı müzakirə ediləcək məsələ də qalmayıb. Artıq status-kvo yoxdur. Status-kvo torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir, ancaq təssüf ki, bununla bağlı heç bir iş görülməmişdi. Azərbaycan status-kvonu özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Bundan sonra heç bir status-kvodan söhbət gedə bilməz.Azərbaycanın Respublikasının mövqeyi hər zaman beynəlxalq hüquqa və tarixi ədalətə söykənir. Biz hər kəsin hüquqlarına hörmət edirik və hər kəsdən də bunu tələb edirik.

Vəfa Bayramova-Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki