image-qanunla-reklam
image-trend_baku_city_spring_270415_01

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir

image-lady-day-az

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir.

Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir.
Bu gün Cənubi Qafqaz Azərbaycanın gücü ilə təhlükəli bəladan xilas edilmiş, Vətən müharibəsindəki qələbə sabitlik, sülh, və təhlükəsizlik üçün region xalqlarına büyük fürsət yaratmışdır. Azərbaycan əzəli torpağı olan Qarabağı həmişə olduğu kimi vətəndaşlarımızın ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşaması şəraitində özünün çiçəklənən, təhlükəsiz ərazisi kimi görür.
Qonşu ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünə də eyni qaydada hörmətlə yanaşılmasını tələb edir: “Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Gorus-Qafan yolunun bir hissəsi ölkəmizin ərazisindən keçir. Yolun bu hissəsindən istifadə edən tərəf, təbii olaraq, Azərbaycandan icazə almalı, bizimlə hesablaşmalıdır.
Azərbaycan Respublikasının müasir xarici siyasət strategiyasının fundamental prinsip və istiqamətlərinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası ölkəmizin beynəlxalq aləmdə mövqeyini tamamilə dəyişdi.
Etibarlı tərəfdaşlıq və milli maraqlar əsasında müstəqil siyasət Heydər Əliyev dühasının müstəqil dövlətçiliyimizin xarici siyasət konsepsiyasına gətirdiyi amillərdir. Yerləşdiyi regionun unikallığı nəzərə alınarsa, Azərbaycan çoxvektorlu və tarazlaşdırılmış müstəqil xarici siyasət həyata keçirir. Bu gün də aparılan xarici siyasət bu prinsiplərə söykənir. İkinci mərhələdə Azərbaycan xarici siyasət kursu ilə bağlı strateji seçim etdi və bu seçimin davamlı, ardıcıl olması Azərbaycanın hazırkı uğurlarının əsas səbəbidir.
Əliyeva Afət Rəfi qızı

Saatlı Dövlət Rəsm Qalereyasının əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki