image-qanunla-reklam
image-dffda925bc51924bc58eb78a1a28a2e0_7063396

Azərbaycanla Rusiya arasında münasibətlər bütün sferaları, o cümlədən mətbuat sahəsini də əhatə edir

image-lady-day-az

Azərbaycanla Rusiya arasında münasibətlər bütün sferaları, o cümlədən mətbuat sahəsini də əhatə edir

Son zamanlarda dünya siyasi səhnəsində yaşanan gərginliklərin, müxtəlif ölkələrin bir – birinə qarşı sərt mövqelərinin, getdikcə dərinləşən fikir ayrılıqlarının, gündən – günə böyüyən qlobal problemlərin şahidi oluruq. Belə bir mürəkkəb zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin apardığı balanslaşdırılmış xarici siyasət kursu olduqca düşünülmüş, düzgün hesablanmış və doğru addımlar atılaraq tarazlığı qorumağa yönəldilmiş əhəmiyyətli xüsusiyyətləri özündə cəmləşdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan xarici siyasətin əsas istiqamətlərindən birini də mühüm dünya dövlətləri ilə qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi  təşkil edir. Bu dövlətlərlə birgə imzalanan Bəyənnamələr, müxtəlif əhəmiyyətli sənədlər ölkəmizin dünya səviyyəsində nüfuzunu daha da artıraraq önəmli tərəfdaşlardan birinə çevrilməsinə əsas verir.

Azərbaycan Respublikasının hərtərəfli müttəfiqlik münasibətləri yeritdiyi dövlətətlərdən biri də Rusiya Federasiyasıdır. Bu iki dövlətin tarixinə qısa bir nəzər saldıqda, əməkdaşlıq münasibətlərinin möhkəm köklərə dayandığını görə bilərik.

Elə bunun nəticəsidir ki, iki dövlət arasında münasibətlər bütün sferaları, o cümlədən mətbuat sahəsini də əhatə edir. Dövlət başçımız İlham Əliyev bütün dünya mıətbuatına olduğu kimi, rus mətbuatına da dolğun müsahibələr verir, sualları ətraflı şəkildə cavablandırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr tarixində  “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə  müsahibə  vermişdir. Dövlət başçısı müsahibə zamanı  Azərbaycanın beynəlxalq münasibətlərdə artan nüfuzundan, prinsipial mövqeyindən o cümlədən,  dövlətimizin strateji baxışından ətraflı şəkildə bəhs etmişdir. Müsahibə zamanı qlobal və regional çağırışlardan tutmuş, iqtisadi və ekoloji məsələlərə qədər bir çox mövzuya toxunan Prezident İlham Əliyev, Azərbaycanın tarixi nailiyyətlərini və gələcək strategiyasını əhatəli şəkildə təqdim etmişdir.

Bu müsahibə təkcə Azərbaycanın daxili və xarici siyasətindəki qətiyyətini deyil, həm də ölkəmizin beynəlxalq arenada haqq səsinin necə əks-səda doğurduğunu ortaya qoydu. Dövlət başçısı müsahibədə, həmçinin Azərbaycanın müstəqil siyasətinin, tarazlaşdırılmış beynəlxalq əlaqələrinin və regional sabitlik naminə atdığı mühüm addımların dəyərini bir daha vurğulamışdır.

Prezident İlham Əliyev müsahibəyə 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədən bəhs edərək başladı.  Belə ki, 2022 – ci ilin 22 fevral tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti  haqqında Bəyannamə” xüsusi əhəmiyyət daşıyır. Hər iki dövlətin xarici siyasət strategiyası üçün mühüm əhəmiyyət kəsb edən bu Bəyannamənin 44 müddəası uğurla həyata keçirilir. Cənab Prezidentin də, müsahibəsində vurğuladığı kimi bu Bəyannamə iki dövlətin 30 ildən artıq bir müddətdə iqtisadi, siyasi və ticari sferalarda formalaşdırdığı əməkdaşlıq potensialının zirvəsidir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyi tam şəkildə bərpa etdikdən sonra, bir çox dövlətlər Ermənistanla əlbir olaraq ölkəmizə qarşı qərəzli siyasət yeritməyə davam edirlər

Azərbaycanla Rusiya arasındakı yaxın  əməkdaşlığın digər bir göstəricisi isə Azərbaycan və Rusiyanın  dövlət başçılarının qarşılıqlı həyata keçirdikləri səfərlərdir. Cənab Prezident müsahibəsində  Rusiya Federasyasının Prezidenti Vladimir Putinin ölkəmizə cari ilin avqust ayında etdiyi səfərin xüsusi önəm daşıdığını bildirdi. Belə ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın yeni yolları müəyyənləşdirildi, enerji və nəqliyyat sahələrində birgə layihələrin icrası ilə bağlı konkret razılaşmalar əldə edildi.

Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycan və Rusiya arasında iqtisadi-ticari əməkdaşlığın artan dinamika ilə inkişaf etdiyini qeyd etdi. COVID-19 pandemiyasından əvvəlki səviyyəyə çatmış turist səfərləri və ticarət dövriyyəsinin artması qarşılıqlı münasibətlərin maksimum dərəcədə müsbət olduğunu göstərir.

Cənab Prezidentin müsahibəsi çərçivəsində bəhs etdiyi məsələlərdən biri də, NATO və Rusiya arasında yaşana biləcək qarşıdurmanın  yaradacağı fəsadlarlarla bağlı mövqeyi oldu. O NATO ilə Rusiya arasında mümkün hərbi qarşıdurmanın qlobal fəlakətə səbəb ola biləcəyini bildirdi. Ölkəmizin başçısı Azərbaycanın bu istiqamətdə gərginliyin azaldılması işinə töhfə verə biləcəyini vurğuladı və bildirdi ki, Azərbaycan dünyada  eyni zamanda, həm Rusiya, həm də NATO üzvü Türkiyə ilə müttəfiqlik edən unikal dövlətdir. Bu da, dövlət başçımızın yürütdüyü ağıllı və balanslı siyasətin ən böyük göstəricilərindən biridir.

Azərbaycan və Türkiyə arasında müttəfiqlik hərbi sahədə çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, iki dövlət arasındakı hərbi müttəfiqlik 1992 – ci ildən bəri artan inkişaf xətti ilə davam edir. Bütün dünya ölkələrini isə ən çox maraqlandıran məsələlərdən biri Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac olub – olmamasıdır. Cənab Prezident müsahibədə bu məsələyə də çox dəqiq şəkildə aydınlıq gətirdi. Dövlət başçımız, Azərbaycanda qardaş dövlətin hərbi bazasına ehtiyac olmadığını, lakin Türkiyənin ordumuzun modernləşdirilməsində mühüm rol oynadığını bildirdi. Dövlətlərimiz arasında ikitərəfli hərbi təlimlər də hər iki dövlətə öz müsbət təsirlərini göstərir.

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyi tam şəkildə bərpa etdikdən sonra, bir çox dövlətlər Ermənistanla əlbir olaraq ölkəmizə qarşı qərəzli siyasət yeritməyə davam edirlər.  Xüsusilə də, Makronun rəhbərlik etdiyi Fransanın 44 günlük Vətən müharibəsi zamanı və sonrasında verdiyi bəyanatlar da bu qərəzli münasibətin açıq nümunəsidir. Həmin dövrdə Fransa Senatının Azərbaycanın suveren ərazilərində qurulan qondarma “ Dağlıq Qarabağ Respublikası” nı tanımağa çağırış edən qətnaməni qəbul etməsi beynəlxalq hüquq normalarına zidd və qərəzli yanaşmanın ən böyük göstəricilərindəndir. Hazırda Fransa, o cümlədən Hindistan və ABŞ Ermənistanı silahlandırmağa davam etməkdədir. Bu dövlətlərin ölkəmizə qarşı yeritdiyi qərəzli siyasət həm sərhədə yaxın məntəqələrdə yaşayan əhalinin, həm də bütövlükdə regionun təhlükəsizliyinə ciddi xələl gətirir. Dövlət başçısı, müsahibədə beynəlxalq  hüquq normalarına tamamilə zidd olan bu vəziyəti kəskin tənqid etdi.

Cənab Prezident, müsahibəsi zamanı Azərbaycanın 2025 – ci ildə rekord məbləğdəki  hərbi büdcəsindən də bəhs etdi. Belə ki, 2025-ci ildə Azərbaycanın hərbi büdcəsi rekord həddə çataraq təxminən beş milyard ABŞ dolları təşkil edəcək. Bu məbləğin ən azı 60 faizi hərbi xərclərə yönəldiləcək. Çünki Azərbaycan qarşılaşdığı təhdidlər səbəbindən bu xərcləri həyata keçirmək məcburiyyətindədir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki